Fəaliyyət və məqsədlərin təsviri: “Ferrum Kapital” MMC lisenziyasında qeyd edilmiş fəaliyyət növləri ilə yanaşı, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi iə qadağan edilməyən müxtəlif fəaliyyət növləri ilə məşğul ola bilər.
İdarəetmə və nəzarət orqanlarının salahiyyətləri barədə müddəaların icmalı:
Ümumi yığıncağın hüquq vəzifələri, o cümlədən, icra orqanlarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ona müvafiq olaraq hazırlanmış emitentin nizamnaməsində nəzərdə tutulan müəddəalar çərçivəsində həyata keçirilir.
Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat: Mövcud deyil.