İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi : illik 12.5 (on iki tam onda beş) faiz;
İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti: İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) təqvim ili. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər ay ödəniləcəkdir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 (bir) təqvim ili sonra həyata keçiriləcək.