İnvestorları təmsil edən təşkilat barədə məlumat: Yoxdur.
İstqirazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı: “Ferrum Kapital” MMC-nin Təsisçilərinin Ümumi Yığıncağının Növbədənkənar İclasının IP № 002 №-li, 07 sentyabr 2020-ci il tarixli Protokolu
İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər:İstiqrazların əldə edilməsinə heç bir məhdudiyyət qoyulmayıb.
İstiqrazlar üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən verginin tutulması barədə emitentin öhdəliyi: Qanunvericilikdə nəzərdə tutulan halda hesablaşma agenti istiqrazlar üzrə faiz ödənişi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmə mənbəyindən vergi tutur. Fiziki şəxslər vergi məcəlləsinə əsasən faiz ödənişləri üzrə ödəmə mənbəyindən vergidən azaddırlar. Hüquqi şəxslər isə hər faiz ödənişi tarixində faiz ödənişinin 10%-i həcmində ödəmə mənbəyindən vergi tutulmaqla öz faizlərini alacaqlar. İstiqrazların dövriyyədə olduğu müddətdə müvafiq qanunvericilik dəyişərsə tətbiq ediləcək vergitutma prosesi emitent və anderrayter tərəfindən kütləvi informasiya vasitələri ilə investorlara ötürüləcəkdir.