Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat: potensial investorlar hüquqi şəxslər, banklar, sığorta təşkilatları, investisiya şirkətləri, rezident və qeyri rezident fiziki şəxslər ola bilər. Xarici hüquqi şəxslərin də istiqrazları alması mümkündür. Potensial investorların istiqrazlar barədə məlumatlandırılması üçün internet resurslarından və anderrayter vasitəsilə fərdi görüşlərin keçirilməsi nəzərdə tutulub. Anderrayter və emitent müraciət edən istənilən potensial investora müfəssəl məlumat verəcəkdir.
İstiqrazların satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat:İstiqrazların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtlərini elan edəcək və fond birjasına bu barədə yazılı bildiriş göndərəcəkdir.
İstiqrazların təklif qiyməti. Qiymətin məlum olmadığı təqdirdə istiqrazların qiymətinin müəyyənləşdirilməsi metodunu göstərməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxslər barəsində məlumat: İstiqrazlar minimal 1 000 (bir min) AZN qiymətilə təklif olunur.