Fərzəliyev Elsevər Baba oğlu



Yüklə 35,58 Kb.
tarix21.10.2017
ölçüsü35,58 Kb.
#8349


Fərzəliyev Elsevər Baba oğlu



Telefon: 99412 430 89 09 (ev), 050 327 95 39 (mobil)

E-mail: elsevar60@rambler.ru

VEB səhifə: www.elsevarfarzaliyev.com

Ünvan: Bakı şəhəri, Cavadxan küçəsi., Ev.48A, mənzil 19.




Şəxsi məlumatlar

Doğum tarixi:

27.11.60

Milliyyəti:

Azərbaycanlı

Cinsi:

kişi

Ailə vəziyyəti:

evli




Dil bilikləri

Oxuma

Yazma

Danışıq

Azərbaycan

əla

əla

əla

Rus

əla

əla

əla

Türk

əla

əla

əla

Alman

yaxşı

yaxşı

yaxşı




Təhsili

Azərbaycan Texnologiya İnstitutu Gəncə, Azərbaycan

Tələbə

1980 – 1985


M.V.Lomonosov adina Odessa Qida Sənaye Texno-logiyası İnstitutu. Ukrayna Respublikası, Odessa

Aspirant

1985–1988

Odessa Qida Sənaye Texno-logiyası İnstitutu, Ukrayna Respublikası Odessa,

Texnika elmləri namizədi

1989



Təcrübə




Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm – İstehsalat

Birliyi (kiçik elmi işçi, elmi işçi), Quba, Azərbaycan.


1989 – 1990

Azərbaycan Texnologiya İnstitutu (laboratoriya müdiri), Gəncə,

Azərbaycan.


1990 – 1993

Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitutu (laboratoriya müdiri, müəllim, baş müəllim, dosent), Bakı, Azərbaycan.


1993 – 2000

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası, (Dosent), Bakı, Azərbaycan.


1998

Azərbaycan Dövlət İqtisad Universiteti (Dosent) Bakı, Azərbaycan.



2000



Elmi əsərlər

60 – dan çox çap olunmuş elmi əsər, o cumlədən 3 dərslik, 10 fənn tədris proqramı, 2 metodik göstəriş və s. Əsərlər Rusiya, Ukrayna və Azərbaycan nəşriyyatlarında, rus və azərbaycan dillərində nəşr edilmişdir.





Sertifikat

1. 22000:2005 – Qida təhlükəsizliyi idarəetmə sistemi; (Türkiyə).

2. 9001 – Keyfiyyəti idarəetmə sistemi; (Türkiyə).


3. 22000:2005 – Qida təhlükəsizliyi idarəetmə sistemi; (İngiltərə, İRCA, GlobalGROUP).






Tədris etdiyi fənlər

Fənnin adı

Fənnin krediti

Tədris dili

Qida məhsullarının ümumi texnologiyası

8

Azərbaycan/Rus

Qida texnologiyasının proses və aparatları

6

Azəpbaycan/Rus

Qida konsentratlarının texnologiyası

4

Azərbaycan/Rus

Balıq emalı müəssisələrinin texnoloji layihə-ləndirilməsi

4

Azərbaycan/Rus

Qida məhsullarının müasir tədqiqat üsulları

4

Azərbaycan/Rus

Meşə qida məhsulları və dərman bitkilərinin emal texnologiyası

8

Azərbaycan/Rus


Qida məhsulları istehsalının elmi əsasları

4

Azərbaycan/Rus


ELSEVƏR BABA oğlu FƏRZƏLİYEV HAQQINDA ƏTRAFLI MƏLUMAT
27 noyabr 1960 – cı ildə Quba rayonunun Amsar kəndində doğulmuşdur. 1985 – ci ildə Azərbaycan Texnologiya İnstitutu “Qida məhsullarının texnologiyası” fakültəsini “Konservləşdirmə texnologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis – texnoloqdur.

1985 - ci ilin dekabr ayında Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm – İstehsalat Birliyində (Az. B və SB üzrə EİB) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, 1986 – cı ilin iyun ayında M.V. Lomonosov adına Odessa Qida Sənaye Texnologiyası İnstitutunun (indiki Odessa Qida Texnologiyaları Milli Akademiyası) istehsalatdan ayrılmaqla məqsədli aspiranturasına köçürülmüşdür. 1988 – ci ildə namizədlik dissertasiyasını basa çatdırmış və 1989 – cu ilin iyin ayında müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi elmi adına layiq görülmüşdür

1989 – cu ilin mart ayından Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm – İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1990 – cı ilin avqustunda gənc mütəxəssis kimi Azərbaycan Texnologiya İnstitutuna dəvət olunmuş və laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1993 – cü ildən Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2000 – ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası ” kafedrasında dosent vəzifəsində çalışır. “Texnologiya və Dizayn” fakültəsinin Elmi Şurasının üzvüdür, 2007 – 2011 ci illər ərzində fakültə nəzdində yaradılmış “Tədris prosesinə nəzarət” komissiyasının sədri olmuşdur. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

2009 – cu ildə Beynəlxalq Standartlar Təşkilatının (İSO) Türkiyədə fəaliyyət göstərən nümayəndəliyi tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” və 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” üzrə, eləcə də İngiltərədə fəaliyyət göstərən İRCA nümayəndəliyinin GlobalGROUP şirkəti tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə sertifikatlarla təltif olunmuşdur.

60 – dan çox elmi – metodiki əsərin müəllifidir. Onlardan: “Yeyinti məhsullarının ümumi texnologiyası”, “Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi” və “Qida məhsullarının müasir tədqiqat üsulları” adlı 3 dərslik, 10 fənn proqramı, 2 metodiki göstəriş və s. Əsərləri Rusiya Federasiyası, Belorus respublikası, Ukrayna və Azərbaycanda Azərbaycan və Rus dillərində nəşr olunmuşdur. Hazırda “Ət sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi”, “Qida konsentratlarının texnologiyası” adlı dərsliklərin, “Bitki və heyvan mənşəli qida yağları” adlı dərs vəsaitinin, “Yabanı meyvə, giləmeyvə, texniki dərman bitkiləri” adlı monoqrafiyanın yazılması ilə məşğuldur.



Ailəlidir, iki qızı və bir oğlu var.



Yüklə 35,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin