FəSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar



Yüklə 0,7 Mb.
səhifə25/29
tarix15.04.2023
ölçüsü0,7 Mb.
#125377
1   ...   21   22   23   24   25   26   27   28   29
F S L 12. Alman tariX M KT BL R § almaniyada siyasi QT sadin

§ 6. FRANSADA NEOLİBERALİZM

Fransada neoliberalizm ideyaları dirijizm cərəyanının ifadəçisi kimi çıxış etmişdir. Fransa neoliberalistlərinin fərqli xüsusiyyəti ondan ibarət olmuşdur ki, onlar iqtisadiyyatın dövlət tənzimlənməsini qəbul edən Keyns və onun tərəfdarlarının fikirlərini qəbul etməmişlər. Lakin özləri də idarəetmədə inzibati prinsipləri əsas götürmüşlər və beləliklə onun forma və üsullarını fərqləndirmişlər.


Fransa neoliberalizminin əsas nümayəndəsi J.M.Ryuef 20-30-cu illər ərzində klassik ortodoksal liberalizmi müdafiə etmişdir. O, tələb və təklif əsasında yaranan azad bazar qiymətlərini iqtisadi tarazlığın əsası hesab etmiş, azad rəqabəti iqtisadiyyatın tənzimləyici mexanizmi adlandırmış, bazar sivilizasiyasına əsaslanan sosial qaydalara üstünlük vermişdir.
J.M.Ryuef iqtisadi hadisələrin kəmiyyət əlaqələrini və keyfiyyət dəyişikliklərinin təhlilini verməyə çalışmışdır. Cəmiyyətin sosial fərdlərdən təşkil olunduğunu qeyd edərək iqtisadiyyatın öyrənilməsində sosial fərdlərin müqayisəli təhlilində mühüm metod kimi riyazi modelləşdirmədən istifadə etmişdir.
J.M.Ryuef cəmiyyətdə mövcud olan işsizliyin səbəbini -real əmək haqqının miqdarından asılılığını - qanunauyğun şəkildə ifadə etmişdir. Bununla əlaqədar olaraq işsizliyi aradan qaldırmaq üçün əmək bazarının fəaliyyətini tənzimləməyi, xüsusilə də həmkarlar ittifaqlarının fəaliyyətini məhdudlaşdırmağı təklif edirdi. Ryuefə görə əmək haqqının aşağı düşməsi onların istehlak bazarını məhdudlaşdırır, reallaşma problemini kəskinləşdirir, təkrar istehsalı pozur, nəticədə nəinki işsizlik azalır, əksinə artır. Ona görə də uzun müddətə insanların real gəlirlərinin aşağı düşməsini qəbul etmir.
Ryuefin əmək bazarında sərbəst qiymətlərin yaranması fikri sonralar neoklassik artım nəzəriyyəsinin ideyasına çevrilmişdir. O, cəmiyyətdə iqtisadi tarazlığın yaradılmasında azad bazarın rolu ilə yanaşı indikativ planları əlavə vasitə kimi hesab etmişdir. Fransa neoliberalistlərinin fərqli xüsusiyyətlərindən biri də bu olmuşdur.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin