FəSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar



Yüklə 0,7 Mb.
səhifə26/29
tarix15.04.2023
ölçüsü0,7 Mb.
#125377
1   ...   21   22   23   24   25   26   27   28   29
F S L 12. Alman tariX M KT BL R § almaniyada siyasi QT sadin

FƏSİL 17. MONETARİZM


§1. MONETARİZMİN NƏZƏRİ VƏ METODOLOJİ
ƏSASLARI

XX əsrin 30-cu illərində yaranmış neoliberalizm cərəyanı xüsusi bir elmi istiqaməti kimi ABŞ-da meydana gəlmişdir.


Məlum olduğu kimi həmin dövr, yəni 20-30-cu illər, kapitalist iqtisadiyyatında geniş dəyişikliklərlə müşayiət olunurdu. Birinci dünya müharibəsindən sonra dünyanın siyasi-iqtisadi mənzərəsinin dəyişməsi, kapitalist iqtisadiyyatının ümumi böhranlar dövrünə qədəm qoyması iqtisadi tədqiqatlarda böyük dəyişikliklər tələb edirdi. Yeni dövr kapitalist iqtisadiyyatının özü-özünü tənzimləyə bilən bir sistem olmasını iflasa uğratdı və sübut etdi ki, iqtisadiyyatın dövlət tənzimlənməsi hökmən lazımdır. Belə bir şəraitdə iqtisadçılar qarşısında mühüm problem, təsərrüfatın dövlət tənzimi tədbirləri, onun miqyasının müəyyən olunması dururdu. Bu problemin həlli üzrə siyasi iqtisadda iki böyük cərəyan, keynsçilik və neoliberalizm formalaşmağa başladı.
Neoliberalizm əsasən AFR, Fransa, ABŞ, Avstriya, İsveçrə, İngiltərə, İtaliyada inkişaf edirdi. Monetarizm isə neoliberalizmin ABŞ da bir qolu kimi formalaşdı. Monetarizmin kökləri müəyyən səviyyədə Çikaqo məktəbi ilə bağlıdır. 1956-cı ildə Milton Fridmen monetarizmin özünəməxsus manifesti hesab olunan "Pulun kəmiyyət nəzəriyyəsi yeni formalaşdırma" məqaləsində elan etdi ki, onun təlimi öz kökləri ilə Çikaqo Universitetində müxtəlif illərdə fəaliyyət göstərmiş iqtisadçıların - Q.Saymons, L.Minte, F.Nayt, C.Vinerin işlərilə bağlıdır. Fridmen göstərirdi ki, onların işləri geniş nəşr olunmamış, əsasən "şifahi ənənə" şəklində söhbətlərdə, mühazirələrdə davam etmişdir. Məhz burada müasir monetarizmin bünövrəsini təşkil edən kəmiyyət nəzəriyyəsinin dəqiqləşdirilmiş və reallığa daha uyğun olan variantı yaranmışdır.
Məşhur nəzəriyyəçi və iqtisadi fikir tədqiqatçısı D.Patikin M.Fredmenin məqaləsində adları çəkilən Çikaqo məktəbinə xas iqtisadçılarının baxışlarını geniş araşdırmış, bu alimlərin yazılı işlərini təhlil etmiş və müəyyən etmişdir ki, 30-40-cı illərdə Çikaqo Universitetində N.Fişerin mübadilə eyniliklərinə əsaslanan və pul kütləsi ilə qiymətlər səviyyəsinin bilavasitə əlaqəsini əsas tutan kəmiyyət nəzəriyyəsi mövcud olmuşdur. Fridmen nəzəriyyəsi ilə kəmiyyət nəzəriyyəsinin digər Kembric variantını (hansı ki, sonralar Keyns tərəfindən likvidliyin üstünlükləri və təsərrüfat agentlərinin kassa qalıqlarına öyrənilmiş tələbi nəzəriyyəsinə çevrilmişdir) inkişaf etdirmişdir. Patikinin fikrincə Fridmen konsepsiyası Kembric variantının uzunmüddətli təkamülünün həlqələrindən biri və müasir keynsçi pul nəzəriyyəsinin mürəkkəbləşdirilmiş variantıdır. Patikin nəinki xüsusi Çikaqo ənənəsinin mövcudluğunu inkar edir, hətta Fridmen təhlilinin Keynsin pul nəzəriyyəsi ilə sıx əlaqədar olduğunu göstərir. Bu fikirlər bir çox iqtisadçı alimlər tərəfindən təsdiqlənmişdir. Monetar əksinqilabının mənbələrini araşdıran N.Conson təsdiq edir ki, Çikaqo Universitetinin şifahi ənənəsi Fridmenin "kəşfidir".
60-cı illərin sonlarında Fridmen xüsusi iqtisadi məktəbə başçılıq edirdi. Onun "Sosial elmlərin beynəlxalq ensiklopediyası"(1968) üçün yazdığı kəmiyyət nəzəriyyəsi haqqındakı məqalədə və "Monetar analizin nəzəri əsasları" (1970) işində artıq Çikaqo məktəbi xatırlanmır. Bundan başqa o təsdiq edir ki, onun konsepsiyası keynsçi likvidliyin üstünlükləri nəzəriyyəsinin təhlilinin güclü təsiri altındadır. Elə həmin dövrdə başqa bir işdə Fridmen öz doktrinasının tarixi köklərini, 30-40-cı illərin Çikaqo iqtisadçıları ilə bağlı olduğu haqqında məsələ qaldırır. Öz nəzəriyyəsinin Keyns ideyaları ilə bağlılığını inkar edir. Çikaqo məktəbinin mübahisələri beləliklə bitməz olaraq qalıb. Bir çox müəlliflər (D.Moqqriq, S.Hauson və b.) təsdiq edirlər ki, Çikaqo məktəbinin xüsusi pul nəzəriyyəsi olmayıb. Başqaları, məsələn, C.Tavles göstərir ki, Çikaqo iqtisadçılarının işlərində kəmiyyət nəzəriyyəsinə xüsusi yanaşma (pulun tədavül sürətinin dəyişməsinə əsaslanan) halları vardır. Bu əsasda Tavlas göstərir ki, pulun Fridmen nəzəriyyəsi onun Çikaqo müəllimlərinin kəmiyyət nəzəriyyəsi dairəsindəki baxışlarının inkişaf edən davamıdır. K.Brunner tərəfindən 1968-ci ildən iqtisad elminə gətirilən monetarizm termini Çikaqo məktəbi terminini əvəz etdi və hazırda bu cərəyan monetarizm adı ilə tanınır.
Monetaristlər "Pulun mənası var" şüarını irəli sürmüşlər və bu onların təliminin özünəməxsus simvoluna çevrilmişdir. Kəmiyyət nəzəriyyəsinin yeni variantının yaradıcıları bu simvolda xüsusi məna görürlər. Onlar pulu yalnız iqtisadi amil kimi deyil, təsərrüfat sisteminin baş mərkəzi elementi kimi qiymətləndirirlər. Bu element iqtisadi konyukturanın vəziyyətini və bütün təkrar istehsal prosesini müəyyən edir. Monetaristlər "sabit pul" nəzəriyyəsini fəal təbliğ edirlər. Onlar iqtisadi böhranların əmələ gəlməsinin əsas səbəbini pulun sabitliyinin pozulmasında görür, pul sabitliyi və ümumtəsərrüfat konyukturası arasında möhkəm səbəbiyyət asılılığı yaradırlar.
Pul sferasının tənzimlənməsinə dair bir sıra məsələlər hələ monetaristlərdən əvvəl Amerika iqtisadçısı K.Uorberton tərəfindən qoyulmuşdur. O, "pul tarazsızlıqları" nəzəriyyəsi ilə çıxış edirdi. Bu nəzəriyyə konyukturanın tsiklik inkişafının köklərini pul "şokları", pul dövriyyəsində tələb və təklif tarazsızlıqlarına əsaslanırdı. Lakin Uorberton tsiklik monetar nəzəriyyəni kəşf etməmişdir. O, özü təsdiq edirdi ki, tarazlığın klassik nəzəriyyəsi öz inkişafı yolunda pul sferasının balanslaşdırılmasını təmin edən şərtlər yerinə yetirilmədikdə də cəmiyyət tarazsızlıq nəzəriyyəsi ilə birgə irəli getmişdir. Uorberton bu nəzəriyyənin elementlərini D.Yumun, H.Sttvurdun, T.Coplinin, Q.Tortonun və b. iqtisadçıların tədqiqatlarında axtarıb tapır. O, pulun tarazsızlıqları nəzəriyyəsini yeni statistik məlumatlarla əsaslandırır. 1946-cı ildə o, - "pul çatışmazlığı bu iqtisadi depressiyaların meydana gəlməsinin və kiçik enmələrin böyük böhranlara çevrilməsinin əsas səbəbidir" - monetaristlərin əsas mühakiməsini formalaşdırmışdır. Bu zaman "pul çatışmazlığının" günahı mərkəzi bankın siyasəti ilə bağlanırdı.
Keyns ideyalarının hökm sürdüyü zaman Uorbertonun baxışları diqqəti cəlb etmədi. Yalnız 60-cı illərdə monetaristlər Keyns doktrinasına qarşı güclü tənqidə başlarkən Uorbertonun tədqiqatı və onun pul tarazsızlıqları nəzəriyyəsindən istifadə etdilər.
Amerika iqtisadçısı C.Dorn yazırdı: "Monetar məktəbin banisi olan Fridmen pul tarazsızlıqları nəzəriyyəsinin bir çox mühakimələrini qəbul etdi. O, iqtisadi aktivliyin tərəddüdlərinin meydana gəlməsində qaydasız pul dəyişikliklərinin həlledici rol oynaması ideyasını və qiymət korrektlərinin yeni qiymət tarazlığına keçiddə təxirəsalma faktoru kimi dayandırılmasının vacibliyini qəbul etdi".
M.Fridmen monetarist doktrinasının əmələ gəlməsində və təsdiq olunmasında aparıcı rol oynamışdır. O, monetarizmin əsas müddəalarını formalaşdırmışdır. Monetar istiqamətin digər üzvləri: F.Keyçen, D.Meyzelman, K.Brunner, A.Meltser, D.Leydler, A.Şvarts əsasən şərhçi və öz rəhbərlərinin ideyalarının məşhurlaşdırıcı rolunda çıxış etmişlər. Lakin monetarizmin mənbəsinin belə "personlaşdırılması", onu bir nəfərin "övladı" kimi qəbul etmək olmaz. Monetarizm müəyyən dövrün məhsulu, iqtisadiyyatda vacib dəyişikliklərə spesifik reaksiyadır. Qeyd etmək yerinə düşər ki, yarandığı on il müddətində bu cərəyan tanınmamışdır. Həmin illərdə kapitalizmin iqtisadiyyatı artım dövrü yaşayırdı. Bu dövr Keyns nəzəriyyəsinin nüfuzunun möhkəmlənməsi ilə müşayiət ounurdu. Onun tərəfdarları yüksək konyukturanı dövlətin fəal siyasətinin, tələbin stimullaşdırılmasının nəticəsi kimi qəbul edirdilər. 60-cı illərin ikinci yarısında ABŞ-ın Vyetnamda apardığı müharibə ölkə iqtisadiyyatına güclü təsir göstərdi. İqtisadi resursların hərbi məqsədlərə istifadəsi, ölkə iqtisadiyyatının hərbi rejimə uyğunlaşdırılması, dövlətin məqsədlərinin yerinə yetirilməsi üçün dövriyyədə artıq pul kütləsi buraxılışı makroiqtisadi göstəricilər güclü təsir etdi. Büdcə kəsirinin kəskin artdı, inflyasiya, əmtəə qiymətlərinin artımı gücləndi. Monetaristlərin mövqeyi belə bir şəraitdə möhkəmləndi və populyarlaşdı.
Monetarist doktrina bir neçə mərhələ keçmişdir. İlkin mərhələdə, 50-ci illərin ikinci yarısı və 60-cı illərin əvvəlləri, əsas qüvvə pulun kəmiyyət nəzəriyyəsinin yeni variantının işlənməsinə yönəldilmişdi. Bu variantda pul sabit tələb funksiyası kimi ifadə olunmuşdur. Belə funksiya möhkəm və etibarlı proqnozlaşdırılmış pulun dövriyyə sürətinin analoqu, pul kütləsi və nominal (pul) gəlir modelinin əsas həlqəsi idi.
Antikeynsçi cərəyan kimi çıxış edən monetarizm hər an onun mövqelərinə hücum edir, mühakimələrinin əsaslarını tənqid edirdi. Monetar baxışların məşhurlaşmasının əsas səbəbi də kapitalist iqtisadiyyatının inkişafı gedişində, dövlət tənzimlənməsi prosesində keynsçiliyin qüsurlarının təzahürü idi. 1963-cü ildə M.Fridmen və D.Meyzelmanın əsas tənqid obyekti Keyns modelinin açar elementi olan investisiya multiplikatorunun tənqid geniş əks-səda tapdı.. Müəlliflər investisiya multiplikatorunu şərh edərkən sübut etməyə çalışırdılar ki, bu modelə görə "pulun mənası yoxdur". Onlar göstərirdilər ki, bu nəticə Keynsin təlimindən alınmır. Lakin praktikada bir çox keynsçilər belə hesab etməyə meyillidirlər ki, investisiyalar faiz dərəcələrinin dəyişməsinə təsir etmir və diqqətlərini nəzəriyyənin sadə mühakiməsinə yönəldərək pul ehtiyatlarını nəzərə almırlar və onu keçmiş nöqsanların qırıntıları kimi nəzərdən keçirirlər. Fridmen və Meyzelman xüsusi test hazırlayırlar. Məqsəd ondan ibarətdir ki, iki göstəricidən investisiya multiplikatoru (onlara görə, gəlir kütləsinin və ya istehlak xərclərinin investisiyalara nisbəti) və pulun dövriyyə sürəti ("gəlirlərin və ya istehlak xərclərinin pul ehtiyacına nisbəti"), hansı milli gəlirin dinamikasını daha etibarlı surətdə proqnozlaşdırmağa qadirdir. Hesablamalar nəticəsində müəlliflər monetar modelinin Keynsçi modeldən üstün olduğunu sübut etməyə çalışırdılar.
Monetaristlər uzun müddət "fienalizm" adlandırdıqları keynsçi siyasətlə mübarizə aparmışlar. Onların fikrincə, Keynsin fiskal siyasətində görülən tədbirlər müəyyən vaxtdan sonra real nəticələrə səbəb olur. Buna görə də, görülən tədbirlər iqtisadi şəraitin dəyişməsi ilə əlaqədar olaraq mənfi təsir də göstərə bilər. Sonralar monetaristlər tərəfindən "sıxışdırılıb çıxarma effekti" adlanan nəzəriyyə yaradıldı. Bu nəzəriyyəyə görə təsərrüfatdan, dövlət investisiyalarının genişlənməsindən nə qədər qazanırsa, bir o qədər xüsusi investisiyaların ixtisarından itirir.
70-ci illərin ortalarında monetarist-keynsçilik qarşıdurması təsərrüfat siyasəti praktikasında inkişaf etməyə başladı. Monetarizmin nümayəndələrindən biri Q.Conson bu haqda yazır: "Yeni ideyalar intellektual dairələri öz elmi dəyərlərinə görə fəth etmir. Hər şey onun mövcud ortodoksiyanın həll edə bilmədiyi problemi həll edə bilməsindən asılıdır". 70-ci illərin sonu 80-ci illərin əvvəllərində monetarizmin şöhrətlənməsinə onun təkliflərinin iqtisadi siyasətdə istifadə olunması səbəb oldu. Mərkəzi banklar praktiki fəaliyyətlərində monetarist pul qaydalarının müxtəlif variantlarını işlətməyə başladılar. Tələbin idarə olunması, fəallıq siyasəti öz əhəmiyyətini itirdi. Siyasətin yeridilməsində "tədriciliyə" və "gecikdirmələrə" doğru dönüş yarandı. Pul kütləsinin "sıxılması", kreditin məhdudlaşdırılması ilə əlaqədar siyasət genişləndi.
70-ci illərdə İngiltərə təsərrüfatını xarakterizə edən M.Desan yazır: "Çox nadir hallarda müşayiət etmək olar ki, xüsusilə dövlət siyasəti sahəsində, nəzəri arqumentlər belə sürətli və dağıdıcı qələbə qazanırlar. Necə ki, bunu monetaristlər Keynsin tələb siyasətinə qarşı edirlər".
Sonralar, 70-ci illərin ortalarında kapitalist ölkələrində genişlənən inflyasiya böyük dağıntılara səbəb oldu. Keynsçiliyin inflyasiyasının mənfi nəticəsini nəzərə almamaları onların mövqelərini zəiflətdi. Monetaristlərin inandırıcı görünən inflyasiya nəzəriyyəsi ilə sabit valyuta kursu ilə çıxış edən mövqeyi bu zaman daha da güclənir. Lakin monetaristlərin geniş nüfuz qazanmasının əsas köklü səbəbi kapitalist təkrar istehsal şərtlərinin dəyişməsi və kapitalist ölkələrinin idarəetmə dairələrinin strateji xətti dəyişməyə məcbur olması oldu. Bu dövr kapitalist ölkələrində iqtisadi artım tempinin nəzərə çarpacaq dərəcədə zəifləməsi, çoxlu xoşagəlməz amillərin vacib xammal növlərinin çatışmaması, enerji resurslarının qıtlığı rəqabəti genişləndirir, daxili və xarici bazarda satışı məhdudlaşdırırdı. İstehsalın və əməyin məhsuldarlığının azalması son nəticədə mənfəət normasının azalmasına gətirib çıxartdı. Belə bir şəraitdə Keynsin tam məşğulluq şüarını, monetaristlərin pulun sabit alıcılıq qabiliyyəti şüarı əvəz edir. Dövlət siyasətində tələbin stimullaşdırılmasından imtina edilir, dövlət tənzimi dairələri məhdudlaşdırılırdı. Monetarizm "yeni konservatizmin" mühüm tərkib hissəsinə çevrilir. Hazırda monetarizm konservativ doktrinalar ittifaqının mühüm tərkib hissəsi hesab edilir. Bu ittifaqa monetarizmlə yanaşı ekonomiks, yeni klassik cərəyan və s. (o cümlədən, səmərəli gözləmə nəzəriyyəsi) daxil edilir.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin