FəSİl I. Turizm maliYYƏSİNİn məNBƏLƏRİ 8


Mənbə: Charles R. Goeldner, J.R. Brent Ritchie. “Tourism: Principles, Practices, Philosophies” 2016 məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur



Yüklə 437,5 Kb.
səhifə13/30
tarix01.01.2022
ölçüsü437,5 Kb.
#106729
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
referat 6250

Mənbə: Charles R. Goeldner, J.R. Brent Ritchie. “Tourism: Principles, Practices, Philosophies” 2016 məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur.
Turizm müəssisəsinin maliyyə mexanizminin iqtisadi təhlil üsulunun müqayisəli metod vasitəsilə təhlili zamanı faktiki göstəricilər ilə proqnoz göstəricilərinin müqayisəsi əsas götürülür. İqtisadi təhlil üsulunun müqayisəli metodunun həyata keçirilməsində əsas məqsəd aşağıdakılardan ibarətdir:

  • Turizm müəssisəsinin düzgün işləməsinin təmin olunması;

  • Turizm fəaliyyəti nəticəsində istifadə edilməmiş ehtiyatların eləcə də maliyyə resurslarının müəyyən olunması;

  • Turizm müəssisəsinin məhsul istehsalından öncə qarşıya qoyulmuş proqnoz göstəricilərinin hansı səviyyədə yerinə yetirilməsinin əhatəli təhlil olunması;

  • Göstərilmiş xidmət səviyyəsinin ölçülməsi və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin olunması.

Faktiki göstəricilərlə proqnozlaşdırılmış göstəricilərin uyğunluğu müəssisənin qarşıya qoyduqları məqsədə nail olduqlarının sübutudur. Eyni zamanda da faktiki göstəricilərin proqnoz göstəriciləri üstələməsi isə turizm müəssisəsinin cari dövr ərzində rentabelli fəaliyyət göstərməsinin əsasında dayanır.

Turizm müəssisəsinin maliyyə mexanizminin tənzimlənməsində istifadə olunan iqtisadi təhlil üsulunun amillər üzrə metodu vasitəsilə isə ayrı-ayrı iqtisadi amillərin dəyişməsi nəticəsində müəssisəsnin qazanc və itkilərinin hesablanması prosesi böyük əhəmiyyət kəsb edir.

İqtisadi təhlil üsulunun kompleksli təhlil metodu vasitəsilə əsasən, turizm müəssisəsinin fəaliyyəti zamanı istifadə edilməmiş iqtisadi resurslarının müəyyən olunması və onun yenidən təkrar istehsal prosesinə cəlb olunması prosesi həyata keçirilir. Turizm müəssisəsinin maliyyə mexanizminin təhlilinə kompleksli yanaşma təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi və qabaqcadan təsviri əsasında həyata keçirilir.

Turizm müəssisəsinin maliyyə mexanizminin iqtisadi-təhlil vasitəsilə tənzimlənməsi bir neçə mərhələdə həyata keçirilir. Həmin mərhələlər aşağıdakılardan ibarətdir:



  • İqtisadi-təhlilin proqramının işlənib hazırlanması mərhələsi;

  • İqtisadi təhlil üçün zəruri olan məlumatların seçilməsi, yoxlanılması və təhlil olunması mərhələsi;

  • İqtisadi göstəricilərin müəyyən olunaraq hesablanması mərhələsi;

  • Müəssisənin iqtisadi göstəricilər sisteminin analitik işlənməsi və müqayisəsi mərhələsi;

  • Təhlil və müqayisə zamanı əldə olunmuş nəticələrin yekunlaşdırılması mərhələsi.

Əvvəlki paraqraflarda da qeyd etdiyimiz kimi turizm müəssisəsinin əsas qazanc obyekti turizm məhsulunun satışının əldə olunması nəticəsində yaranır. əldə olunmuş mənfəəti isə hər bir turizm müəssisəsi və ya təşkilatı arzuladığı kimi xərcləmək, investisiya etmək, təkrar istehsala yönəltmək hüququna malikdir. Belə ki, turizm müəssisələri əldə etmiş olduqları mənfəəti şirkətdaxili müxtəlif fondlara ayırmalar etməklə öz funksiyasını tamamlayır. Turizm müəssisələrində yaradılmış sözügedən fondlar aşağıdakəıə sxemdə əhatəli verilmişdir:[6]


Yüklə 437,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin