Dissertasiya işinin metodu. Dissertasiya işinin yazılmasında analiz və sintez, eyni zamanda da induksiya və deduksiya metodlarından istifadə edilmişdir. Belə ki, analiz metodu kimi mövzu tam şəkildə götürülmüş və daha sonra fəsillərə bölünərək ayrı-ayrılıqda təhlil olunmuşdur. Daha sonra isə sintez metodu vasitəsilə bu fəsillər iqtisadi sistemdə birləşdirilmişdir. İnduksiya metodu vasitəsilə dissertasiya işi haqqında iqtisadi faktlar toplanmış, sistemləşdirilmiş və araşdırılmışdır. Sonra isə deduksiya metodu vasitəsilə isə həmin toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün lazım olan zəruri tövsiyyələr müəyyən edilmişdir.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin əsas məqsədi turizmin inkişafında maliyyə problemləri və bu problemlərin aradan qaldırılması və təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsidir. Dissertasiya işi qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı əsas vəzifələri həyata keçirir:
Maliyyə sistemi və turizm əhatəli təhlil olunur;
Turizm maliyyəsinin mənbələri və turizm maliyyəsinin xüsusiyyətləri təhlil olunur;
Turizm sahəsinin inkişafına yönəldilən maliyyə proqramları əhatəli təhlil olunur;
Turizmdə idarəetmənin təkmilləşdirilməsi istiqamətləri əhatəli şəkildə tədqiq olunur;
Turizmin inkişafının perspektivləri və sosial inkişafı təhlil olunur;
Turizmdə sahibkarlığa dövlət dəstəyi əhatəli tədqiq olunur.