Turizm maliyyəsinin əsas xüsusiyyətləri məhz qiymətəməlgəlmənin xüsusiyyətləri əsasında müəyyən olunur. Turizm məhsulunun qiyməti isə əsasən aşağıdakı amillərin təsiri nəticəsində formalaşır:[10]
Turagent və turoperator amilləri;
Xidmətin dəyəri;
Turistlərin yaş qrupları;
Müvsümlülük;
Turagentə daxil olan xidmətlərin siyahısı;
Turizm müəssisəsinin istehsal etdiyi turizm məhsulunun qiymətinin hesablanması zamanı ortaya çıxan əsas anlayışlardan biri də kapital xərcləridir. Kapital xərcləri isə maliyyə imkanlarının, turizm fəaliyyətinin maliyyə potensialının və eləcə də onun təkrar istehsalının zəruriliyi əsasında formalaşır.
Hər bir turizm müəssisəsi və ya təşkilatı öz fəaliyyətində yüksəviyyəli xidmət göstərməsi və bunun nəticəsində mənfəət əldə etməsi prinsipinə əsaslanır. Turizm müəssisəsinin maliyyəsinin əsas xarakterik xüsusiyyətləri aşağıdakı meyarlarla ölçülür:[10]
Gəlirlilik baxımından göstərilmiş xidmətlərin ümumi həcmi;
Hər nəfər turistə göstərilmiş xidmətlərin həcmi;
Ekskursiya məqsədilə gəlmiş turistlərə verilmiş xidmətlərin gəlirlilik səviyyəsi;
Dövriyyə ehtiyatlarının normativi;
Mənfəət;
Əmək haqqı planı.
Hər bir turizm müəssisəsi özünün maliyyə mexanizmini iqtisadi təhlil üsulları vasitəsilə tənzimləyir. İqtisadi təhlil üsulları aşağıdakı sxemdə öz əksini tapmışdır:[5]