Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetinin əsasında turizm maliyyəsinin əsas xarakterik xüsusiyyətlərinin müəyyən edilməsi, turizm maliyyəsinin mənbələrinin müəyyən edilməsi dayanır. Tədqiqat işinin obyektində isə Azərbaycan Respublikasında turizmin inkişafının əsas istiqamətlərinin müəyyən olunması, eləcə də turizmin inkişafı sahəsində dövlətin həyata keçirmiş olduğu tədbirlərın müəyyən edilməsi dayanır.
Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti. Tədqiqat işinin əsas elmi yeniliyi aşağıdakılardan təşkil olunmuşdur:
Turizm maliyyəsinin əsas mənbələrinin formalaşmasında investisiya siyasətinin mühim rol oynaması tədqiq olunur;
Turizm maliyyəsinin xarakterik xasusiyyətlərinin müəyyən edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsinin zəruriliyi əhatəli tədqiq olunur;
Turizmdə idarəetmənin əsas xarakterik xüsusiyyətləri müəyyən olunur;
Turizmin idarə olunması sistemində sistemli yanaşmanın oynadığı rolun əhəmiyyəti təhlil olunur;
Turizmin davamlı inkişafına şərait yaradan sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri müəyyənləşdirilərək əhatəli təhlil olunur;
Turizmdə investisiya planlaşdırmasının zəruriliyi əhatəli təhlillərlə tədqiq olunur.