5.3.2
Təhsil sisteminin komponentləri
Təhsil sistemi məktəbəqədər təlim və tərbiyədən başlayaraq akademik dok-
torluq proqramları və ömür boyu təhsil formalarına qədər təhsilin müxtəlif pillə
və səviyyələrini əhatə edir. Beynəlxalq Təhsil Standart Təsnifatına (ISCED 2011)
əsasən, milli təhsil sistemlərində formal, qeyri-formal, informal və əlavə təhsil
formaları mövcuddur. Formal təhsil öz növbəsində erkən (məktəbəqədər), ibtidai
(5-7 yaşlarından başlayaraq 4-6 il davam edir), orta (ümumtəhsil və peşə-ixtisas
təhsili daxil olmaqla) və ali təhsil (bakalavriat, magistratura və doktorantura)
mərhələlərinə ayrılır. Təhsilin hər bir forma və mərhələsinin insan həyatında
müstəsna rolu və təsiri vardır və bu məsələlər ölkənin insan inkişafı çərçivəsində
daim diqqət mərkəzində saxlanılmalıdır.
Hər hansı dövlətin sosial-iqtisadi sistemi çərçivəsində təhsil sisteminin qar-
şısında duran vəzifələrin effektiv icrası 3 istiqamətdə aparılır:
Dostları ilə paylaş: |