Fikhu'l ebsat



Yüklə 1,27 Mb.
səhifə14/20
tarix21.10.2017
ölçüsü1,27 Mb.
#7312
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Əhməd İbn Əli Əbu Yala


- rahmətullahi aleyhi -
Əhməd İbn Əli İbn əl-Musənnə İbn Yəhyə İbn İsa İbn Hilal ət-Təmimi. Hədisdə hafizdir. H. 210-cu ildə Şəvval ayında dünyaya gəlmişdir. “Musnəd əl-Kəbir” əsərinin müəllifidir. əs-Səməni deyir ki, mən eşitdim necə ki, İsmail İbn Muhəmməd İbn əl-Fədl əl-Hafiz dedi: “Mən əl-Adani, əl-Məni kimi muhəddislərin hədis kitablarını oxudum. Bütün bu hədis kitabları çaylara bənzəyir. Əbu Yəlanın hədis kitabı isə dənizə bənzəyir hansı ki, bu çaylar ora tökülür». H. 307-ci ildə dünyasını dəyişmişdir.

İbn Həcər Əl-Əsqəlani


- rahmətullahi aleyhi -
Əhməd İbn Əli İbn Muhəmməd əl-Kinani əl-Əsqəlani Əbul Fadl Şihabiddin İbni Həcər əş-Şafii. H. 773/1372-ci ildə Misirdə Qahirə Şaban ayında dünyaya gəlmişdir. Ailəsi fələstinin Əsqəlan şəhərindəndir. 150 yaxın əsərin müəllifidir. Hədisdə hafizdir. H. 852/1449-ci ildə Zul Hiccə ayının 18 dünyasını dəyişir. Əsərlərindən “ət-Təqrib”, “Buluq əl-Məram min Aədillət əl-Əhkam”, “Təxric əl-Kəşşəf”, “Lisanul Mizan” və s. Ən məşhur və ona şöhrət gətirən əsəri isə “Fəthul əl-Bəri fi Şərh Səhih əl-Buxaridir”. Bu əsərə ön sözü H. 813-cü ildə vermişdir. Dörd ildən sonra isə bu əsəri yazmağa başlayır və H. 842-ci ildə 24 ilə bu əsəri bitirir.
İbn Kəsir

- rahmətullahi aleyhi -
İmaməddin Əbul Fida İsmail İbn Ömər İbn Kəsir. Dəməşqdə, Bəsrənın kəndlərinin birində H. 701-ci ildə dünyaya gəlmişdir. Görkəmli elm xadimləri olan əl-Qasım əl-Əsakir, Muhəmməd İbn Zirad, İbnur Radi, İbn Teymiyyə və s. dərs almışdır. Tələbələrindən ən məşhuru İbn Həcərdir. Əsərləri “Təfsirul Quranil Azim”, “əl-Bidayə vən Nihayə fit Tarix”. Ömrünün sonlarına yaxın gözlərini itirmiş H. 774-cü ildə 74 yaşında Şamda dünyasını dəyişmişdir.
İbni Rəcəb

- rahmətullahi aleyhi -
Zeynuddin Əbul Fərəc AbdurRahman İbn Şihabuddin Əhməd İbn Rəcəb əl-Hənbəli əl-Bağdadi. H. 736-cı ildə Rəbiul Əvvəl ayında Bağdadda dünyaya gəlmişdir. Əsərləri “Qavaidul Fiqhiyyə”, “Ulumul vəl Hikəm” və s. H. 795-ci il Rəcəb ayında Şamda dünyasını dəyişmişdir.
İbnul Cövzi

- rahmətullahi aleyhi -
Əbu Fərəc Abdurrahman b. Əli. H. 511-ci ildə dünyaya gəlmişdir. Əbu Bəkrin nəslindəndir. H. 597-ci ildə Bağdadda dünyasını dəyişmiş və Babu Hərb qəbristanlığında dəfn edilmişdir.

İbn Qudamə


- rahmətullahi aleyhi -
Şeyx Allamə Muvaffəquddin Əbu Muhəmməd Abdullah İbn Əhməd İbn Muhəmməd İbn Qudamə İbn Miqdam İbn Nəsr İbn Abdullah əl-Məqdisi. H. 541/1146 dünyaya gəlmiş H. 620/1233 dünyasını dəyişmişdir. Əsərləri “əl-Muğni”, “əl-Kəfi”, “əl-Umda”, “Muxtəsər əl-Hidayə” və s.
Əhməd İbn Əl-Huseyn Əl-Beyhəqi

- rahmətullahi aleyhi -
Əbu Bəkr Əhməd İbn əl-Huseyn İbn Əli İbn Musa əl-Beyhəqi. İmam, Hafiz, Alləmə. İmam Zəhəbi rahmətullahi aleyhi - deyir ki: “Daha öncə bənzəri yazılmamış kitablar yazmışdır”. H. 374-cü ildə Şaban ayında Nisapur şəhəri yaxınlığında kiçik bir qəsəbədə dünyaya gəlmişdir. “Sünən əl-Kubra”, “Sünən əs-Suqra”, “Şuabul İman”, “əl-Mabsut”, “Tərğib vət Tərhib”, “əl-Əsmə vəs Sifət”, “Ərbəin əl-Kubra”, “Ərbəin əs-Suqra”, “Mənakib İmam Əhməd”, “Mənakib İmam Şafii” və s. əsərlərin müəllifidir. H. 458-ci il Cumadal Ula aytının 8 dünyasını dəyişmişdir.
İbn Batta

rahmətullahi aleyhi -


Əbu Abdillah Ubeydullah İbn Muhamməd əl-Əkbəri: İbn Batta olaraq tanınır. “İbanətul Kubra” və “İbanətus Suğra”-nın sahibidir. H. 387 ilində vəfat etmişdi257.
Həsən İbn Mənsur əl-Lələkai

rahmətullahi aleyhi -


Əbul Qasım Hibətullah İbn Həsən İbn Mənsur əl-Lələkai: İmam, hafız, fəqih və Bağdadın muhəddisi. H.418 yılında vefat etti258.

İbn Həzm Əl-Əndəlusi


- rahmətullahi aleyhi -
Əli İbn Əhməd İbn Səid İbn Həzm İbn Ğalib İbn Saleh İbn Əbu Sufyan İbn Yəzid. H. 384-cü ildə dünyaya gəlmişdir. Atası Əndəlus dövlətində mühüm vəzifələrin birində çalışırdı. Özünün isə İran əsilli olduğu da söylənilir. Əməviləri sevər, sevməyənlərə isə nifrət edərdi. Ailəsi əməvilərə xidmət etmiş, bu nəsil İsapaniyaya getdikdə isə onlarla bərabər ora köç etmişdir. H. 456-cı ildə isə dünyasını dəyişmişdir.
Muhəmməd İbn Həsən Əş-Şeybani

- rahmətullahi aleyhi -
Muhəmməd, kunyəsi Əbu Abdullah, atası Həsən İbn Faxaddır. Hənfi məzhəbinin üç imamından biri. Əbu Yusufla birlikdə onlara İmameyn deyilir. H. 132/749-cu ildə Vasitdə doğulmuş, Kufədə isə boya-başa çatmışdır. İlk dərslərini Əbu Hənifədən – rahmətullahi aleyhi - almış. Onun ölmündən sonra isə Əbu Yusufun – rahmətullahi aleyhi - yanında dərs almışdır. Bundan sonra elm almaq üçün bir çox yerlərə səyahətlər etmiş Şamda Əvzainin, Məkkədə Sufyan İbn Uyeynənin, Xorasanda Abdullah İbn Mubarəkdən dərs almışdır. Mədinə də isə üç ilə yaxın İmam Məlikdən dərs almışdır. Öz vətəninə döndükdə tələbələr hazırlamağa başladı. Tələbələrindən Əsəd İbn Furat, Əbu Hafs əl-Kəbir, Suleyman əl-Curcani, Əbu Ubeyd Qasım İbn Səllam, Yəhyə b. Əksəm, İsmail İbn Təvbə və s. Digər tələbəsi isə İmam Şafiidir. H. 189/805-ci ildə vəfat etmişdir.

İmam Suyuti


- rahmətullahi aleyhi -
AbdurRahman İbn Əbu Bəkr İbn Muhəmməd İbn Cəlaluddin İbn Fəhr Osman İbn Nazuriddin Muhəmməd İbn Seyfəddin Həd İbn Nəcməddin Əbussalah İbn Nasıruddin Muhəmməd İbn Şeyh Humamuddin İbn əl-Hudayrdır. Bağdadın Hudayriyyə adındakı məhəlləsinə nisbət edilmişdir. H. 849/1145-cu ildə Rəcəb ayında Misrin Asyutta şəhərində dünyaya gəlmişdir. Yetim olaraq böyümüş. 8 yaşında ikən Quranı hifz etmiş. Sonralar isə Umdeyi, Minhəcul Fiqhi, Minhəcul Usulu, İmam Məlikin “Əlfiyyəsini” əzbərləmişdir. Elm öyrənmək üçün Şama, Hicaza, Yəmənə, Məğribə və Sudana səfərlər etmişdir. Görkəmli ədib, tarixçi və hafizlərdən biridir. Ensiklopedik biliyə malik olmuş bu alim irili-xırdalı minə yaxın kitab yazmışdır. Qahirədə yetim böyümüş və elə orada da elm öyrənməyə başlamışdır. Kitablarının əksəriyyətini qırx yaşına çatdıqdan sonra insanlardan uzaqlaşaraq yazmışdır. H. 911/1505-ci il Cumədəl Ula ayının 19 cümə gecəsi dünyasını dəyişmişdir. "əl-Əlam" cild 3, səh. 302.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin