1951- ci il mayın 13-də Bakı şəhərində ziyalı (həkim) ailəsində anadan olub.
1958-1968 -ci illərdə Bakı şəhəri H.Cavid adına 132 saylı orta məktəbdə oxuyub.
1964-1969 -cu illərdə Bakı şəhəri 2 saylı Musiqi məktəbində fortepiano üzrə ixtisaslaşıb.
1970-1976 –cı illərdə BDU-nun (keçmiş ADU) Filologiya fakültəsinin axşam şöbəsində təhsil alıb.
1976-1979 - cu il illərdə Xalq Konservatoriyasının bəstəkarlıq fakültəsində oxuyub.
Ailəlidir, iki övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1983-1986 -cı illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olub.
1990 –cı ildə „Müasir Azərbaycan dilində cümlənin aktual üzvlənməsi“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1995 –ci ildə dosent elmi adını alıb.
2005 -2008 –ci illərdə əyani doktorant olub.
2008 – ci ildə «Azərbaycan dili funksional sintaksisinin bəzi nəzəri problemləri» mövzusunda doktorluq dissertasiyasını tamamlamışdır.
ƏMƏK FƏALİYYƏTİ
1969 -cu ildən H.Cavid adına 132 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri
1970 -ci ildən C.Cabbarlı adına „Azərbaycanfilm“ kinostudiyasında filmüzüçıxaran
1972 -1977 –ci illərdə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı, metodist, şahmat- dama dərnəyinin şöbə müdiri, şahmat dərnəyinin rəhbəri
1977 – 1983-cü illərdə BDU-nun aspirantura şöbəsi baş laborant
1987-1992-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant
1992-1993-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim
1993-1995-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş müəllim
1995-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti
TƏDRİS ETDİYİ FƏNLƏR
Müasir Azərbaycan dili (Fonetika)
Müasir Azərbaycan dili (Leksikologiya)
Müasir Azərbaycan dili (Morfologiya)
Müasir Azərbaycan dili (Sintaksis)
Nitqin elmi üslubu (əcnəbi tələbələrə)
Sintaqmatik fonetika (magistrantlara)
Azərbaycan dilinin üslubiyyatı
Azərbaycan dili və nitq mədəniyyəti
Mətn sintaksisi (cümlənin aktual üzvlənməsi)
TƏDQİQAT SAHƏSİ
Azərbaycan dilinin funsional sintaksisi, aktual üzvlənmə, mətn sintaksisi,etimologiya
1978 – 1998, Bakı, Respublika ali məktəb aspirantlarının elmi konfransları
1995, Qafqaz respublikalarının elmi konfransı
1999-2000, Bakı, Bakı Dövlət Universitetinin 80 illiyinə həsr olunmuş elmi konfrans
2002, Bakı, AMEA-nın müxbir üzvü, prof.A.A.Axundovun 70 illik yubileyinə həsr olunmuş elmi konfrans
2002, Bakı, «Müstəqil Azərbaycanda elmin inkişaf istiqamətləri» elmi konfrans.
2003, Bakı, «Azərbaycan elmi və mədəniyyəti: aktual problemlər», elmi-praktik konfrans
2003, Bakı, «Heydər Əliyev və Azərbaycan filologiyası», elmi-praktik konfrans
2004, Bakı, «Ali məktəblərdə dillərin öyrədilməsinin müasir problemləri», elmi-praktik konfrans
2008, 1 Uluslararası Yunus Əmrə simpoziumu (Türkiyə)
2008, Bakı, H.Əliyevin 85 illiyinə həsr olunmuş konfrans
2008, Bakı, Mir Cəlalın 100 illiyinə həsr olunmuş konfrans
2009, Bakı, Baki Dövlət Universitetinin 90 İllik yubileyinə həsr olunmuş elmi-nəzəri
konfransı
2010, Bakı, „Ali məktəblərdə dilçilik üzrə dərsıliklərin dili“ Respublika elmi konfransı
2011, Bakı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş „Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiy-
yətini yüksəltmək yolları“ mövzusunda ll Respublika elmi-metodik konfransı
2011, Bakı, “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri“ Respublika elmi
konfransı
2011, Bakı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Azərbaycan filologiyasının aktual problemlıəri“ mövzusunda
elmi-nəzəri konfrans
2012, Bakı, M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans
2012, Bakı, Görkəmli Azərbaycan alimi, BDU-nun İlahiyyat fakültəsinin dekanı, Ərəb
filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi akademik Vasim Məmmədəli-yevin 70 illik yubileyinə həsrolunmuş „Şərqşünaslığın aktual problemləri“ mövzusunda Respublika elmi konfransı
2013, Bakı, B.Çobanzadə və türkologiyanın müasir problemləri.Respublika elmi konfrans
2013, Bakı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Res-publika elmi-nəzəri konfrans
2014, Bakı, M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş”Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans
2014, Bakı, Azərbaycan filologiyasının aktual məsələləri. BDU-nun 95 illiyinə həsr olunmuş konfrans
2014, Bakı, Ulu öndər H.Əliyevin xatirəsinə həsr olinmuş “Təhsildə gender araşdırmaları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans
2014, Azərbaycan Xalq yazıçısı Respublika Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin
anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfrans
2015, Bakı, Görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi prof. P.Xəlilovun 90 illik yubileyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Respublika elmi konfransı
2015, Bakı, “Kitabi-Dədə Qorqud” və Türk dünyası” Beynəlxalq elmi konfrans
2015, Bakı, “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərinin təcəssümü”
mövzusunda Respublika elmi konfransı
2015, Bakı, Görkəmli ictimai xadim, xalq şairi,akademik Bəxtiyar Vahabzadənin anadan
olmasının 90 illiyinə hısr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans
2016, Bursa, Türkiyə, “Muhammet Hüseyin Şehriyar” bilgi şöleni (Beynəlxalq elmi konfrans)
2016, Bakı, 1 türkoloji qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransı
2016, Bakı, Akad.Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş
“Azərbaycan filologiyası:inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi
konfransı
2016, Bursa, Türkiyə, “Muhammet Hüseyin Şehriyar” bilgi şöleni (Beynəlxalq elmi konfrans)
2017, Bakı, “M.P.Vaqif və müasirlik” Respublika elmi-nəzəri konfransı
2017, Bakı, “Gender problemi və müasir Azərbaycan” Respublika elmi konfransı
2017, Bakı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadanolmasının 94-cü ildönümünə həsr olunmuş „Filologiyanın aktual problemləri“ möbzusunda
Respublika elmi-nəzəri konfransı
2018, Bakı, Görkəmli yazıçı,ədəbiyatşünas alim,və pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı
2018, Bakı, Bəkir Çobanzadə -125.„Azərbaycan dili:dünən və bu gün“ mövzusunda
Beynəlxalq elmi konfransı
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Metodik göstəriş və proqramlar
1998, Bakı, Cümlənin aktual üzvlənməsi (metodik vəsait), 125 s.
1998, Bakı, Cümlənin aktual üzvlənməsi (xüsusi kursproqramı)
Məqalələr
1993, Sözdüzəldici şəkilçilərin semantik qruplara görə təsnifatı //Semantika məsələləri
(Elmi konfrans məruzələrinin tezisləri),BDU, Bakı, s.49-50
2002, Həmcins xəbərlərin sıralanması və aktual üzvlənmə //Azəırbaycan filologiyası,
BDU,Filologiya fakültəsi,Bakı, s.99-102
2005, Dil və cins //“Hikmət“ jurnalı, 5-6, Bakı, s.149-157
2007, Vilem Matezius və funksional qrammatika // AMEA-nın Humanitar elmlər
seriyası, Xəbərlər, №3,Bakı,s.143-148
2007, Dil təfəkkürün ifadəçisi kimi (çoxaspektli yanaşma)//“Tədqiqlər“ jurnalı,AMEA-
nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı, s.97-106
2007, Funksional sintaksisdə aktantların rolu // Türkologiya jurnalı,№3-4,Bakı,s.65-72
2008, Gender və dil (çoxaspektli yanaşma) //“Gender və mədəniyyət“ – Respublika ali
təhsil müəssisələrinin müəllim və tələbələri üçün Yay Məktəbinin materialları, Bakı,51-57
2008, Mir Cəlalın hekayələri və mətn // „Yazıçı və zaman“. Mir Cəlalın 100 illik yubi-leyinə həsr olunmuş konfransın materialları, BDU,Bakı,s.274-276
2008, Funksional sintaksisin əsas prinsipləri və anlayışları // Ümummilli lider H.Ə.Əli-yevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın mate-rialları, BDU, Filologiya fakültəsi,Bakı,s.26-28
2009, Frazelogizmlərin yaranmasına dair bəzi qeydlər //Baki Dövlət Universitetinin 90
illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları,BDU,Filologiya fa-kültəsi, Bakı,s.196-198
2010, Ali məktəb dərslikləri necə olmalıdır?//Ali məktəblərdə dilçilik üzrə dərsliklərin
dili“ Respublika elmi konfransının materialları, AMEA-nın Nəsimi adına Dilçilik İns-titutu, Bakı,s.68-74
2010, Ali məktəb dərsliklərində qrammatik quruluşun bəzi mübahisəli məsələləri// „Ali məktəblərdə dilçilik üzrə dərsıliklərin dili“ Respublika elmi konfransının materialları, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı, s.75-80
2011, Nitq mədəniyyəti və orfoqrafik norma //“Nitq mədəniyyəti və terminologiyanın
aktual problemləri“ Respublika elmi konfransının materialları, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı,s.97-102
2011, Məktəb təlimi həyata ilk vəsiqədir! // Azərbaycan Respublikasının Dövlət müstə-qilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş „Müasir şəraitdə ümumtəhsil mək-təblərində tədrisin keyfiyyətini yüksəltmək yolları“ mövzusunda II Respublika elmi-metodik konfransın materialları,BDU, „Gənc istedadlar“ liseyi, Bakı, s.18-19
2011, Canlı danışığın daxili imkanlarına dair //Bakı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş „Azərbaycan filologiyasının aktual problemlıəri“ mövzusunda elmi-nəzəri konfransın materialları, BDU,Filologiya fakültəsi, Bakı, s.284-288
2012, Bəzi dilçilik qeydləri //M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransın materialları, BDU, Filologiya fakültəsi, Bakı, s.344-348
2012, Azərbaycan dili və etimoloji etüdlər //Görkəmli Azərbaycan alimi, BDU-nun İla-hiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, əməkdar elm xadimi akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsrolunmuş „Şərqşünaslığın aktual problemləri“ mövzusunda Respublika elmi konfransının materialları, BDU, Bakı, s.138-141
2013, Morfoloji variantlılıq// „B.Çobanzadə və türkologiyanın müasir problemləri“ Respublika elmi konfransının materialları, Bakı, 2013, s.257-260
2013, Situativ gerçəklik və qrammatik forma//Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransın materialları, Bakı, 8 may 2013-cü il, s.483-488
2014, Dilçilik palitrası (tarixi-linqvistik yanaşma)// M.Ə.Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş”Filologiyanın aktual problemləri” mövzusunda Res-publika elmi-nəzəri konfransın materialları, 25 may 2014, s.319-325
2014, Kök samitlərinin hesabına söz yaradıcılığı// Azərbaycan filologiyasının aktual məsələləri. BDU-nun 95 illiyinə həsr olunmuş konfransın materialları, Bakı, dekabr, 2014, s.232-237
2014, Azərbaycan qadını və təhsil// Ulu öndər H.Əliyevin xatirəsinə həsr olunmuş “Təh-sildə gender araşdırmaları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans, Bakı, dekabr, 2014, s.25-30
2014, Azərbaycan dilində iltisaqiliyin pozulması// Azərbaycan Xalq yazıçısı Respublika Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransın materialları. Bakı, 2014, s.508-512
2015, Kök samitlərində metateza söz yaradıcılığı vasitəsi kimi (dünya dilləri nümunə-sində)// Görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi prof. P.Xəlilovun 90 illik yubi-leyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda Res-publika elmi konfransın materialları, 18 dekabr, Bakı, 2015, s.302-306
2015, Kök samitlərində eliziya və proteza söz yaradıcılığı vasitəsi kimi (dünya dilləri
nümunəsində)//“ Kitabi-Dədə Qorqud” və Türk dünyası” Beynəlxalq elmi konfrans, Bakı,2015, s.605-608
2015, Müxtəlifsistemli dillərdə DRV kök samitlərinin leksik-semantik inkişafı (dünya dilləri nümunəsində)// “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərinin təcəssümü” mövzusunda Respublika elmi konfransının materialları,”Elm və təhsil”, Bakı,2015, s.84-93
2015, Kök samitlərində səs əvəzlənmələri (dünya dilləri nümunələrində)// Görkəmli ictimai xadim, xalq şairi,akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans, 29 oktyabr,Bakı,2015, s. 339-342
2016, Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında məntiqi-semantik bağlar// “Muhammet Hüseyin Şehriyar” bilgi şöleni (Beynəlxalq elmi konfrans), Bursa (Türkiyə), Çengiz Mete Merkezi,7-8.11.2016, s. 39-45
2016, Dilçilik etüdləri (dilçilik həqiqətləri, anomaliyalar, fərziyyələr)//1 türkoloji qurul-tayın 90 illiyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” Respublika elmi konfransının materialları, Bakı, 26 dekabr, 2016, s. 96-100
2016, Etimoloji etüdlər//“Folklor və etnoqraqfiya” jurnalı № 2, Bakı, 2016, s.73-76
2016, Kök samitlərində spontan əvəzlənmələr söz yaradıcılığı vasitəsi kimi (dünya dilləri nümunəsində)// Akad.Tofiq Hacıyevin anadan olmasının 80 illik \ yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası:inkişafın yeni mərhələsi” \ mövzusunda Respublika elmi konfransının materialları.Bakı, 2.11.2016, s.105-109
2016 –Dünya dillərindəki açar səs birləşmələrindən biri //“Folklor və etnoqrafiya”
Jurnalı № 3, Bakı, 2016, s.59-67
2017, Gender və psixoloji araşdırmalar//“Gender problemi və müasir Azərbaycan”
Respublika elmi konfransının materialları (25.11.17), Bakı, Azərbaycan, s.167- 171
2017, Kök samitləri və semantik şaxələnmə (dünya dilləri nümunəsində) //Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş „Filologiyanın aktual problemləri“ mövzusunda Respublika elmi-nəzəri konfransın materialları, BDU, Filologiya fakültəsi, Bakı, s.188-191
2017, Musiqi tariximiz və yeni araşdırmalar //“M.P.Vaqif və müasirlik” Respublika
elmi-nəzəri konfransı, Bakı, 2017,s. 492-493
2017, Azerbaijani language and etymological studies (in the case of world languages)
// “Folklorşünaslıq” elmi nəzəri jurnal, Filologiya fakültəsi, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası, Bakı,2017, s.83-87
2017, Dil və gender // Dilçilik İnstitutunun əsərləri (R.Eyvazovanın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış), №2, Bakı, s.137-148
2018, Mir Cəlal yaradıcılığında ekspressivlik //Görkəmli yazıçı,ədəbiyatşünas alim,və
pedaqoq Mir Cəlalın 110 illiyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransın ma-terialları, BDU,Bakı,s.256-263
2018, Dil norması və cəmiyyətimiz //“Təhsil“ jurnalı,(yanvar),Bakı,s.72-75
2018, Лексико-семантическое развитие корневых согласных ДРВ в разносистем-ных языках // Bəkir Çobanzadə -125.„Azərbaycan dili: dünən və bu gün“ mövzusunda Beynəlxalq elmi konfransın materialları, Bakı, s.320-325
TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
1987- ci ildə Həvəskar bəstəkarlarln mahnı müsabiqəsinin qalibi kimi SSRİ Bəstəkarlar
İttifaqının sədri bəstəkar Tixon Xrennikovun imzası ilə Fəxri Diplom
2007-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə lll yer
2009-ci ildə Finlandiya səfirinin təltif etdiyi Azərbaycan-Finlandiya dostluğunin rəmzi olan „Qızıl arzu“ medalı
2009-cu ildə BDU-nun rəsm müsabiqəsində lll yer
2011-ci ildə „Əsrin ziyalılları“ Xeyriyyə İctimai Birliyinin „Əsrin ziyalısı-ilin musiqiçisi“ Fəxri Diplomu
2011-ci ildə „Mərhəmət elçisi“ jurnalının „Nəsir İmanquliyev adına“ Diplomu
2011-ci ildə „Qafqaz-media“ İctimai Birliyinin „Ustad“ mükafatı
2011-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə verilmiş „Azərbaycan bayrağı“ media mükafatı laureatı Diplomu
2012-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə ll yer tutduğuna görə Fəxri Fərman
2013-cü ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə çempion olduğuna görə Fəxri Fərman
2014-ci ildə „Qızıl qələm“ media mükafatı laureatı Diplomu
2014-cü ildə Universitetdaxili 50+50 qrant müsabiqəsinin qalibi
2015-ci ildə „İncə qələm“ Fəxri media mükafatı laureatı Diplomu
2017-ci ildə BDU-nun müəllim-professor heyəti arasında şahmat üzrə lll yer tutduğuna görə Fəxri Fərman