Filologiya və jurnalistika fakültəsi “Azərbaycan dili və ədəbiyyatı” ixtisası



Yüklə 30,58 Kb.
tarix24.05.2018
ölçüsü30,58 Kb.
#51359

Filologiya və jurnalistika fakültəsi

Azərbaycan dili və ədəbiyyatı” ixtisası

Dünya ədəbiyyatı” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası

SUALLARI (2016-2017-ci tədris ili üçün)



  1. Antik yunan ədəbiyyatının xronoloji sərhədləri

  2. Antik yunan mifologiyasının dövrləşməsi

  3. Antik yunan mifologiyasında allahların mənşəyi haqqında

  4. Antik yunan mifologiyasında ilahələr

  5. Yunan mifologiyasında qəhrəmanlar

  6. "Prometey" mifində üsyankarlıq motivi

  7. "Arqonavtlar" silsiləsində Yason və Medeya obrazları

  8. Yunan mifologiyasında "Fiva" silsiləsində “lənətlənmiş nəsil” problemi

  9. "Aqamemnon və oğlu Orest" mifində günahkarlıq motivi

  10. "Troya" mifində müharibə və onun qurbanları

  11. "Odissey" mifində sərgüzəşt motivi

  12. Homerin "İliada" və "Odissey" poemalarının oxşar və fərqli xüsusiyyətləri

  13. "Troya" silsiləsi və Homerin "İliada" poemasının oxşar və fərqli cəhətləri

  14. "Odissey" mifi və Homerin eyni adlı poemasının oxşar və fərqli cəhətləri

  15. Ədəbiyyatda Homer məsələsi

  16. Klassik - Attik dövr yunan ədəbiyyatının xüsusiyyətləri

  17. Aristotel ədəbiyyat nəzəriyyəsinin banisi kimi. "Poetika"

  18. Aristotelin "Poetika" əsərində təqlid haqqında, "Mimesis" anlayışı

  19. Aristotelin "Poetika" əsərində faciənin mənşəyi və strukturu haqqında

  20. Aristotelin "Poetika" əsərində faciənin fabulası və xarakterlər."Katarsis" anlayışı

  21. Esxil "faciənin atası" kimi

  22. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində azadlıq problemi

  23. Sofoklun "Çar Edip" faciəsində qəhrəman və onun taleyi

  24. Evripidin "Medeya" faciəsində qisas motivi

  25. Aristofanın yaradıcılığında Qədim Attik komediyanın xüsusiyyətləri

  26. Aristofanın "Qurbağalar" komediyasının ifşaedici pafosu

  27. Menandrın yaradıcılığında Yeni Attik komediyanın xüsusiyyətləri

  28. Menandrın "Münsif məhkəməsi" komediyasında məişət mövzusu

  29. Antik Roma ədəbiyyatının dövrləşməsi

  30. Plavtın "Xəzinə" komediyasında xəsislik motivi

  31. İmperiya dövrü Roma ədəbiyyatının əsas xüsusiyyətləri

  32. Vergilinin "Eneida" poemasında Roma tarixinin ideallaşdırılması mövzusu

  33. Horatsi ədəbiyyat nəzəriyyəçisi kimi. "Pizonlara məktub"

  34. Ovidinin yaradıcılığının inkişaf mərhələləri

  35. Orta əsrlər Qərbi Avropa ədəbiyyatının ümumi səciyyəsi

  36. Orta əsrlər Avropa eposlarının əsas xüsusiyyətləri

  37. Alman qəhrəmanlıq eposu "Niberlunqlar haqqında nəğmə”nin tarixi əsası

  38. Anqlo-sakson eposu "Beovulf”da qəhrəmanlıq mövzusu

  39. Fransız eposu "Roland haqqında nəğmə"də tarixi gerçəklik və təxəyyül

  40. Orta əsrlər kurtuaz poeziyasının xüsusiyyətləri

  41. Orta əsrlər cəngavərlik romanları. "Tristan və İzolda"

  42. Qərbi Avropa ədəbiyyatında İntibaha keçid dövrü

  43. A.Dantenin "İlahi komediya" əsərində simvollar

  44. C.Çoserin "Kenterberi hekayələri" əsərində yeni dövr ədəbiyyatının xüsusiyyətləri

  45. Qərbi Avropada İntibah ədəbiyyatının ümumi səciyyəsi

  46. İtaliyada intibah. F.Petrarka yaradıcılığında dünyəvi məhəbbətin təzahürü

  47. C.Bokaççonun "Dekameron" əsərinin kompozisiyası

  48. F.Rablenin "Qarqantua və Pantaqruel" əsəri humanizmin manifesti kimi

  49. M.de Servantesin “Don Kixot” əsərində komiklik və faciəviliyin vəhdəti

  50. İntibah dövrü ingilis ədəbiyyatının səciyyəvi xüsusiyyətləri

  51. U .Şekspirin həyat və yaradıcılığı

  52. U.Şekspirin poemaları və sonetlərinin ideya və məzmun xüsusiyyətləri

  53. U.Şekspirin "Romeo və Culyetta" faciəsində məhəbbət mövzusu və faciəvi ziddiyyət

  54. U.Şekspirin “Hamlet” faciəsində humanist ideallarla eybəcər gerçəkliyin faciəvi konflikti

  55. U. Şekspirin “Otello” faciəsində humanizm ideyalarının tənəzzülü

  56. U. Şekspirin İngilis İntibah ədəbiyyatına təsiri

  57. Avropa ədəbiyyatında klassisizm

  58. N.Bualonun “Poeziya sənəti” əsəri. "Üç vəhdət" prinsipi

  59. P.Kornel fransız klassisizminin görkəmli nümayəndəsi kimi

  60. J.Rasin “Andromaxa” faciəsində klassisizm estetikasının əksi

  61. J.B.Molyer dramaturgiyasında sosial və əxlaqi problemlər “Tartuf” və “Don Juan”

  62. XVII əsr Avropa ədəbiyyatında Maarifçilik hərəkatının mahiyyəti

  63. İngilis maarifçilik ədəbiyyatının ümumi səciyyəsi

  64. D.Defonun “Robinzon Kruzo” əsəri ilk burjua romanı kimi

  65. C.Sviftin yaradıcılığında ingilis cəmiyyətinin satirik ifşası

  66. Sentimentalizm L.Stern yaradıcılığında

  67. Volter- fransız maarifçilik hərəkatının görkəmli nümayəndəsi kimi

  68. D.Didro fransız maarifçiliyinin ideya daşıyıcısı kimi

  69. J. J.Russonun fəlsəfi və siyasi baxışları.

  70. Alman ədəbiyyatında maarifçilik hərəkatı. "Fırtına və hücum"

  71. Y.V. Hötenin "Faust" əsərinin fəlsəfi və bədii xüsusiyyətləri

  72. F.Şillerin “Qaçaqlar” pyesində alman maarifçiliyinin əlamətləri

  73. Alman romantizminin yaranması və inkişaf mərhələləri

  74. T.A.Hofmanın əsərlərinin ideya-məzmun xüsusiyyətləri

  75. H.Hayne poeziyasında lirik qəhrəman problemi

  76. İngilis romantizminin yaranması və inkişaf mərhələləri

  77. C.Q.Bayron yaradıcılığında Şərq motivləri

  78. U.Skott yaradıcılığında tarixi mövzular

  79. J.Sand fransız romantizminin nümayəndəsi kimi

  80. V.Hüqo yaradıcılığında romantik qəhrəman problemi

  81. “Səfillər” romanında şəxsiyyət və cəmiyyət problemləri

  82. F.Kuperin "Dəri corab" silsiləsində hindu problemi

  83. E.A.Po Amerika romantizminin nümayəndəsi kimi

  84. O.de Balzakın “Bəşəri komediya” silsiləsində fransız cəmiyyətinin realist təcəssümü

  85. Q.Floberin “Madam Bovari” romanında burjua əxlaq və mənəviyyatının tənqidi

  86. Ç.Dikkens tənqidi realizmin banisi kimi

  87. Ç.Dikkensin “Oliver Tvistin macəraları” romanında ingilis burjuaziyasının ifşası

  88. C.Londonun “Martin İden” romanında sosial mühit və xarakter problemi

  89. T.Drayzerin “Kerri bacı” romanında qadın və cəmiyyət problemi

  90. E.Heminqueyin yaradıcılığında "itirilmiş nəsil" problemi

  91. E.Heminqueyin “Qoca və dəniz” əsərinin ideya-bədii xüsusiyyətləri

  92. G.de Mopassan novella janrının nümayəndəsi kimi

  93. “Forsaytlar haqqında saqa” trilogiyası C.Qolsuorsi yaradıcılığının zirvəsi kimi

  94. B.Şounun “Piqmalion” əsərinin ideya-bədii xüsusiyyətləri

  95. U. Folknerin “Qəzəb və səs-küy” əsərində “şüur axını”

  96. XX əsr ədəbiyyatında modernizm

  97. F.Kafka yaradıcılığında modernizmin elementləri

  98. Ekzistensializmin ədəbiyyatda bədii ifadəsi

  99. A.Kamünün “Yad adam” romanında tənhalıq problemi

  100. J.P.Sartrın “Milçəklər” pyesinin mifoloji əsasları

Kafedra müdiri: prof. A.Z.Sabitova
Yüklə 30,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin