|
Filologiya və jurnalistika fakültəsi “İspan dili və ədəbiyyatı” ixtisası
|
tarix | 24.05.2018 | ölçüsü | 30,65 Kb. | | #51358 |
|
Filologiya və jurnalistika fakültəsi
“İspan dili və ədəbiyyatı” ixtisası
“Dünya ədəbiyyatı” fənni üzrə Yekun Buraxılış Dövlət Attestasiyası
SUALLARI (2016-2017-ci tədris ili üçün)
-
Antik yunan ədəbiyyatının xronoloji sərhədləri
-
Antik yunan mifologiyasının dövrləşməsi
-
Antik yunan mifologiyasında allahların mənşəyi haqqında
-
Antik yunan mifologiyasında ilahələr
-
Yunan mifologiyasında qəhrəmanlar
-
"Prometey" mifində üsyankarlıq motivi
-
"Arqonavtlar" silsiləsində Yason və Medeya obrazları
-
Yunan mifologiyasında "Fiva" silsiləsində “lənətlənmiş nəsil” problemi
-
"Aqamemnon və oğlu Orest" mifində günahkarlıq motivi
-
"Troya" mifində müharibə və onun qurbanları
-
"Odissey" mifində sərgüzəşt motivi
-
Homerin "İliada" və "Odissey" poemalarının oxşar və fərqli xüsusiyyətləri
-
"Troya" silsiləsi və Homerin "İliada" poemasının oxşar və fərqli cəhətləri
-
"Odissey" mifi və Homerin eyni adlı poemasının oxşar və fərqli cəhətləri
-
Ədəbiyyatda Homer məsələsi
-
Klassik - Attik dövr yunan ədəbiyyatının xüsusiyyətləri
-
Aristotel ədəbiyyat nəzəriyyəsinin banisi kimi. "Poetika"
-
Aristotelin "Poetika" əsərində təqlid haqqında, "Mimesis" anlayışı
-
Aristotelin "Poetika" əsərində faciənin mənşəyi və strukturu haqqında
-
Aristotelin "Poetika" əsərində faciənin fabulası və xarakterlər."Katarsis" anlayışı
-
Esxil "faciənin atası" kimi
-
Esxilin "Zəncirlənmiş Prometey" faciəsində azadlıq problemi
-
Sofoklun "Çar Edip" faciəsində qəhrəman və onun taleyi
-
Evripidin "Medeya" faciəsində qisas motivi
-
Aristofanın yaradıcılığında Qədim Attik komediyanın xüsusiyyətləri
-
Aristofanın "Qurbağalar" komediyasının ifşaedici pafosu
-
Menandrın yaradıcılığında Yeni Attik komediyanın xüsusiyyətləri
-
Menandrın "Münsif məhkəməsi" komediyasında məişət mövzusu
-
Antik Roma ədəbiyyatının dövrləşməsi
-
Plavtın "Xəzinə" komediyasında xəsislik motivi
-
İmperiya dövrü Roma ədəbiyyatının əsas xüsusiyyətləri
-
Vergilinin "Eneida" poemasında Roma tarixinin ideallaşdırılması mövzusu
-
Horatsi ədəbiyyat nəzəriyyəçisi kimi. "Pizonlara məktub"
-
Ovidinin yaradıcılığının inkişaf mərhələləri
-
Orta əsrlər Qərbi Avropa ədəbiyyatının ümumi səciyyəsi
-
Orta əsrlər Avropa eposlarının əsas xüsusiyyətləri
-
Alman qəhrəmanlıq eposu "Niberlunqlar haqqında nəğmə”nin tarixi əsası
-
Anqlo-sakson eposu "Beovulf”da qəhrəmanlıq mövzusu
-
Fransız eposu "Roland haqqında nəğmə"də tarixi gerçəklik və təxəyyül
-
Orta əsrlər kurtuaz poeziyasının xüsusiyyətləri
-
Orta əsrlər cəngavərlik romanları. "Tristan və İzolda"
-
Qərbi Avropa ədəbiyyatında İntibaha keçid dövrü
-
A.Dantenin "İlahi komediya" əsərində simvollar
-
C.Çoserin "Kenterberi hekayələri" əsərində yeni dövr ədəbiyyatının xüsusiyyətləri
-
Qərbi Avropada İntibah ədəbiyyatının ümumi səciyyəsi
-
İtaliyada intibah. F.Petrarka yaradıcılığında dünyəvi məhəbbətin təzahürü
-
C.Bokaççonun "Dekameron" əsərinin kompozisiyası
-
F.Rablenin "Qarqantua və Pantaqruel" əsəri humanizmin manifesti kimi
-
M.de Servantesin “Don Kixot” əsərində komiklik və faciəviliyin vəhdəti
-
İntibah dövrü ingilis ədəbiyyatının səciyyəvi xüsusiyyətləri
-
U .Şekspirin həyat və yaradıcılığı
-
U.Şekspirin poemaları və sonetlərinin ideya və məzmun xüsusiyyətləri
-
U.Şekspirin "Romeo və Culyetta" faciəsində məhəbbət mövzusu və faciəvi ziddiyyət
-
U.Şekspirin “Hamlet” faciəsində humanist ideallarla eybəcər gerçəkliyin faciəvi konflikti
-
U. Şekspirin “Otello” faciəsində humanizm ideyalarının tənəzzülü
-
U. Şekspirin İngilis İntibah ədəbiyyatına təsiri
-
Avropa ədəbiyyatında klassisizm
-
N.Bualonun “Poeziya sənəti” əsəri. "Üç vəhdət" prinsipi
-
P.Kornel fransız klassisizminin görkəmli nümayəndəsi kimi
-
J.Rasin “Andromaxa” faciəsində klassisizm estetikasının əksi
-
J.B.Molyer dramaturgiyasında sosial və əxlaqi problemlər “Tartuf” və “Don Juan”
-
XVII əsr Avropa ədəbiyyatında Maarifçilik hərəkatının mahiyyəti
-
İngilis maarifçilik ədəbiyyatının ümumi səciyyəsi
-
D.Defonun “Robinzon Kruzo” əsəri ilk burjua romanı kimi
-
C.Sviftin yaradıcılığında ingilis cəmiyyətinin satirik ifşası
-
Sentimentalizm L.Stern yaradıcılığında
-
Volter- fransız maarifçilik hərəkatının görkəmli nümayəndəsi kimi
-
D.Didro fransız maarifçiliyinin ideya daşıyıcısı kimi
-
J. J.Russonun fəlsəfi və siyasi baxışları.
-
Alman ədəbiyyatında maarifçilik hərəkatı. "Fırtına və hücum"
-
Y.V. Hötenin "Faust" əsərinin fəlsəfi və bədii xüsusiyyətləri
-
F.Şillerin “Qaçaqlar” pyesində alman maarifçiliyinin əlamətləri
-
Alman romantizminin yaranması və inkişaf mərhələləri
-
T.A.Hofmanın əsərlərinin ideya-məzmun xüsusiyyətləri
-
H.Hayne poeziyasında lirik qəhrəman problemi
-
İngilis romantizminin yaranması və inkişaf mərhələləri
-
C.Q.Bayron yaradıcılığında Şərq motivləri
-
U.Skott yaradıcılığında tarixi mövzular
-
J.Sand fransız romantizminin nümayəndəsi kimi
-
V.Hüqo yaradıcılığında romantik qəhrəman problemi
-
“Səfillər” romanında şəxsiyyət və cəmiyyət problemləri
-
F.Kuperin "Dəri corab" silsiləsində hindu problemi
-
E.A.Po Amerika romantizminin nümayəndəsi kimi
-
O.de Balzakın “Bəşəri komediya” silsiləsində fransız cəmiyyətinin realist təcəssümü
-
Q.Floberin “Madam Bovari” romanında burjua əxlaq və mənəviyyatının tənqidi
-
Ç.Dikkens tənqidi realizmin banisi kimi
-
Ç.Dikkensin “Oliver Tvistin macəraları” romanında ingilis burjuaziyasının ifşası
-
C.Londonun “Martin İden” romanında sosial mühit və xarakter problemi
-
T.Drayzerin “Kerri bacı” romanında qadın və cəmiyyət problemi
-
E.Heminqueyin yaradıcılığında "itirilmiş nəsil" problemi
-
E.Heminqueyin “Qoca və dəniz” əsərinin ideya-bədii xüsusiyyətləri
-
G.de Mopassan novella janrının nümayəndəsi kimi
-
“Forsaytlar haqqında saqa” trilogiyası C.Qolsuorsi yaradıcılığının zirvəsi kimi
-
B.Şounun “Piqmalion” əsərinin ideya-bədii xüsusiyyətləri
-
U. Folknerin “Qəzəb və səs-küy” əsərində “şüur axını”
-
XX əsr ədəbiyyatında modernizm
-
F.Kafka yaradıcılığında modernizmin elementləri
-
Ekzistensializmin ədəbiyyatda bədii ifadəsi
-
A.Kamünün “Yad adam” romanında tənhalıq problemi
-
J.P.Sartrın “Milçəklər” pyesinin mifoloji əsasları
Kafedra müdiri: prof. A.Z.Sabitova
Dostları ilə paylaş: |
|
|