Finans Leasing ifrs report


Avadanlıqlar və icarəyə götürülmüş aktivlərin yaxşılaşdırılması



Yüklə 1,43 Mb.
səhifə14/50
tarix04.01.2022
ölçüsü1,43 Mb.
#56025
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
Avadanlıqlar və icarəyə götürülmüş aktivlərin yaxşılaşdırılması. Avadanlıqlar yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə hər hansı ehtiyatı çıxmaqla, ilkin dəyərdə əks etdirilir.Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Avadanlıqların əsas komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Rəhbərlik, hər bir hesabat tarixində avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərinin mövcud olub-olmadığını qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin edir. Aktivin bərpa dəyəri, onun satış xərcləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərinə qədər azaldılır və dəyərsizləşmə üzrə zərər məcmu gəlirlər haqqında hesabatda qeydə alınır. Satış xərcləri çıxılmaqla ədalətli dəyəri və ya aktivin istifadə dəyərini qiymətləndirmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə qeydə alınmış dəyərsizləşmə üzrə zərər ləğv edilir.Satışdan yaranan gəlir və zərər, gəlirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və zərərdə əks etdirilir.



Amortizasiya. Digər əsas vəsaitlər üzrə amortizasiya düz xətt metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən təxmini faydalı xidmət müddəti ərzində aktivlərin ilkin dəyərini və ya yenidən qiymətləndirilmiş dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır:

Kompüter və rabitə avadanlıqları 25%

Mebel, qurğular və sair 20%

Qeyri-maddi aktivlər 10%

Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, Şirkətlər Qrupuun həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Şirkətlər Qrupu aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri və faydalı xidmət müddəti lazım olduqda hər bir balans tarixinin sonunda nəzərdən keçirilir və dəyişdirilir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin