Buraxılmış borc qiymətli kağızları. Buraxılmış borc qiymətli kağızlarına Şirkətlər Qrupu tərəfindən buraxılan veksellər və istiqrazlar daxildir. Buraxılmış borc qiymətli kağızları amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Şirkətlər Qrupu buraxdığı borc qiymətli kağızlarını geri aldıqda, həmin borc öhdəlikləri balansdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi üzrə yaranan gəlirlərə daxil edilir.
Hesablanmış faiz gəlirləri və faiz xərcləri.Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat balans hesabatında müvafiq maddələrin balans dəyərinə daxil edilir.