Finans Leasing ifrs report


Lizinqalanlar tərəfindən qabaqcadan ödənişlər və digər öhdəliklər



Yüklə 1,43 Mb.
səhifə18/50
tarix04.01.2022
ölçüsü1,43 Mb.
#56025
1   ...   14   15   16   17   18   19   20   21   ...   50
Lizinqalanlar tərəfindən qabaqcadan ödənişlər və digər öhdəliklər. Lizinqalanlar tərəfindən qabaqcadan ödənişlər lizinq müddətinin başlanmasından əvvəl əldə edildikdə qeydə alınır və sonradan maliyyə lizinqi üzrə debitor borclarından çıxılır. Lizinqalanlar tərəfindən qabaqcadan ödənişlər qarşı tərəfin müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi halda hesablanır və amortizasiya olunmuş dəyərdə uçota alınır.

Gəlir və xərclərin uçotu. Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri məcmu gəlirlər haqqında hesabatda effektiv faiz metodundan istifadə etməklə hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, əməliyyat xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komisiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar əldə edilmiş və ya ödənilmiş komissiya haqları daxildir.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin