Xarici valyutanın yenidən qiymətləndirilməsi. Şirkətlər Qrupunun funksional və hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”).
Monetar aktiv və öhdəliklər, ARMB-nin müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən Şirkətlər Qrupunun funksional valyutasına çevrilir. Xarici valyuta ilə əməliyyatların həyata keçirilməsi və ilin sonuna ARMB-nin rəsmi valyuta məzənnəsi ilə xarici valyutada ifadə olunan monetar aktiv və öhdəliklərin Şirkətlər Qrupunun funksional valyutasına çevrilməsi nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və zərərə aid edilir. İlin sonuna qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya çevrilmə qeyri-monetar maddələrə, o cümlədən pay alətlərinə tətbiq edilmir. Məzənnə dəyişikliklərinin pay qiymətli kağızlarının ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi əks etdirilir.
31 dekabr 2015-ci il tarixinə qüvvədə olan valyuta məzənnələri: 1 ABŞ dolları = 1.5594 AZN və 1 Avro = 1.7046 AZN (31 dekabr 2014: 1 ABŞ dolları = 0.7844 AZN və 1 Avro = 0.9522AZN).
Əvəzləşdirmə. Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabata daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.
İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. Əmək haqları, məvaciblər, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Şirkətlər Qrupunun işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır.
Dostları ilə paylaş: |