Maliyyə lizinqi və maliyyə aktivlərinin uçotdan silinməsi. Rəhbərlik maliyyə və lizinq aktivlərinin mülkiyyət hüququ ilə əlaqədar bütün əhəmiyyətli risk və faydaların qarşı tərəflərə ötürüldüyünü və xüsusilə hansı risk və faydaların daha əhəmiyyətli olduğunu və əhəmiyyətli risk və faydalara aid olduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür.
Maliyyə lizinqi üzrə debitor borclarının dəyərsizləşməsi üzrə zərər.Şirkətlər Qrupu müntəzəm olaraq maliyyə lizinqi üzrə debitor borclarının dəyərsizləşməsini müəyyən etmək üçün onu təhlil edir. Dəyərsizləşmə üzrə zərərin məcmu gəlirlər haqqında hesabatda əks etdirilməsini müəyyən edərkən, Şirkətlər Qrupu lizinq portfelində konkret bir lizinqin dəyərində azalmanın müşahidə edilməsindən əvvəl lizinq portfeli üzrə pul vəsaitlərinin təxmin edilən hərəkətində ölçülə bilən azalmanı əks etdirən nəzərə çarpan əlamətlərin mövcudluğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. Bu göstəricilərə qrupdakı lizinqalanların ödəniş statusunda və ya qrupüzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar ölkə səviyyəsində və ya yerli iqtisadi şərtlərdə mənfi dəyişikliyin olduğunu əks etdirən müşahidə edilə bilən məlumatlar daxildir. Rəhbərlik gələcək pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması üçün istifadə edilən lizinq portfelindəki aktivlər ilə analoji riskə və dəyərsizləşmə üzrə obyektiv əlamətlərə malik aktivlər ilə əlaqədar əvvəlki ilin zərərləri haqqında məlumata əsaslanan təxminlər tətbiq edir. Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.