10 saylı MHBS və 28 saylı MUBS -Payçı və Onun Asılı müəssisəsi və ya Birgə Müəssisəsi Arasında Aktivlərin Satışı və ya Əvəzsiz Verilməsi – 10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər 1 yanvar 2016-cı il tarixindən başlanan dövrlər üçün qüvvədədir.
Əsas tələblər
Düzəlişlər 10 saylı MHBS və 28 saylı MUBS arasında satılmış, asılı və ya birgə müəssisəyə çevrilmiş törəmə müəssisədə nəzarətin itirilməsinə aid ziddiyyətlərlə bağlıdır. Düzəlişlər aydınlıq gətirir ki, "Müəssisələrin Birləşməsi" adlı 3 saylı MHBS-də payçı və onun asılı müəssisəsi və ya birgə müəssisəsi arasında biznesə aid olan aktivlərin satışından və ya bağışlanılmasından yaranan gəlir və ya zərər tam tanınmalıdır. Belə ki, biznesə aid olmayan aktivlərin satışından və ya əvəzsiz verilməsindən gəlir və ya zərər asılı və ya birgə müəssisədə əlaqəli olmayan payçıların maraqları çərçivəsində tanınmalıdır.
Keçid
Düzəlişlər prospektiv olaraq tətbiq olunmalıdır. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman açıqlamalar verilməlidir.
Təsir
Düzəlişlər təcrübədə müxtəlifliyi aradan qaldıracaq və maliyyə hesabatlarını hazırlayanlara bu cür əməliyyatları qeydə almaq üçün əsaslı qaydalar toplusu verəcəkdir. Lakin, biznes anlayışının tətbiqi mübahisəlidir və müəssisələr bu anlayışı belə əməliyyatlarda ehtiyatla nəzərə almalıdırlar.
Dostları ilə paylaş: |