Keçid
Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və açıqlanmalıdır.
Təsir
Düzəlişlər qanunların törəmə, asılı və birgə müəssisələrin nəzərə alınması ilə fərdi maliyyə hesabatlarını iştirak payı metodu ilə təqdim etməsini tələb etdiyi halda, ölkələr üçün Ümumi Qəbul Olunmuş Mühasibat Uçotu Prinsiplərinin (ÜQOMUP) fərqlərini aradan qaldırır.
5 saylı “Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı MHBS
Silinmə üsullarında dəyişikliklər
• Aktivlər (və ya silinmə qrupları) ümumiyyətlə, ya satış, ya da mülkiyyətçilər arasında bölüşdürülməsi ilə silinir. Düzəliş aydınlaşdırır ki, satış üsullarından birində dəyişiklik satışın yeni planı kimi göstərilə bilməz, əksinə o, əsas planın davamıdır. Bu, 5 saylı MHBS-də tələblərin tətbiqinin fasiləsizliyi səbəbindəndir.
• Düzəliş prospektiv olaraq tətbiq edilməlidir.
Dostları ilə paylaş: |