Azərbaycan Manatı ilə
|
31 dekabr 2015
|
31 dekabr 2014
|
|
|
|
Maliyyə lizinqi üzrə debitor borcları
|
2,406,524
|
1,622,937
|
Müştərilərə verilmiş kreditlər və avanslar
|
2,601,487
|
899,892
|
Pul vəsaitləri və onların ekvivalentləri
|
182,906
|
137,701
|
Debitor borcları
|
560,354
|
551,714
|
|
|
|
|
|
|
Balans hesabatı üzrə cəmi risk həcmi
|
5,751,271
|
3,212,244
|
|
|
|
Risklərin İdarə Edilməsi Departamenti. Şirkətlər Qrupunun riskləri Baş Risk Mütəxəssisinin rəhbərlik etdiyi Risklərin İdarə Edilməsi Departamenti tərəfindən idarə olunur. Risklərin idarə edilməsi, maliyyə böhranının qarşısının alınması və Şirkətlər Qrupunun fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə Şirkətlər Qrupu risklərin idarə edilməsi üzrə hərtərəfli sistem yaratmışdır. Bu sistem biznesin hər bir aspektini əhatə edir. Risklərin İdarə Edilməsi Sistemi maliyyə lizinqi ilə bağlı daha riskli sahələri əks etdirir və həmin risklərin azaldılması üçün nəzarət sistemlərini müəyyən edir. Nəzarət sistemləri risklərin lazımi səviyyədə idarə olunmasını təmin etmək üçün mütəmadi olaraq nəzərdən keçirilir.
Risklərin İdarə Edilməsi Departamentinin mütəxəssisləri biznesi ətraflı şəkildə tədqiq edir və maliyyə lizinqinin müxtəlif aspektlərinə təsir göstərə bilən bütün potensial riskləri müəyyən edir və həmin riskləri azaltmaq üçün müvafiq tədbirlər görür.
Kredit Komitəsi. Şirkətlər Qrupunun Kredit Komitəsi (“FCC”) İdarə Heyətinə hesabat verən kollektiv orqandır. FCC İdarə Heyətinin və Müşahidə Şurasının tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərən müstəqil orqandır. FCC-nin ümumi vəzifəsi Şirkətlər Qrupunun strateji və biznes planı çərçivəsində təsdiq edilmiş bütün lizinq əməliyyatlarına nəzarət və onların idarə olunmasından ibarətdir. FCC Şirkətlər Qrupunun təsdiqlənmiş Kredit Siyasətinə uyğun olaraq lizinq müqavilələrində nəzərdə tutulan prosedurlara və əməliyyatlara nəzarət edir.
Kredit Komitəsinin üç üzvü vardır. Komitənin Sədri və digər üzvləri Müşahidə Şurası tərəfindən təsdiq edilir. Kredit Komitəsinin hər bir üzvü bir səs hüququna malikdir.
Lizinq müqaviləsinin hazırlanması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
Dostları ilə paylaş: |