Adətən lizinq əmlakının sahibi və mülkiyyətçisi kimi, lizinq şirkəti lizinqalanlardan əlavə təminat tələb etmir. Potensial yeni müştərilər Finans LizinqASC-nin maliyyə göstəriciləri üzrə kredit meyarlarına cavab vermədikdə və ya biznes tarixçəsinə malik olmadıqda, Şirkətlər Qrupu maliyyə vəziyyəti sabit olan baş müəssisədən maliyyə zəmanəti və ya əlavə təminat tələb edə bilər.
Lizinq əmlakının qeydiyyatı
Yük maşınları, avtomobillər, kiçik ölçülü nəqliyyat vasitələri və bəzi tikiniti avadanlıqları kimi lizinq əmlakı Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçirilir. Şirkətlər Qrupunun Kreditlərin İdarə Edilməsi Departamenti qeydiyyatla bağlı məsələləri həll edir və müştərilərin nəqliyyat vasitələrindən istifadə etməsi üçün bütün zəruri sənədləri əldə edirlər. Kreditlərin İdarə Edilməsi Departamenti qeydiyyatla bağlı sənədlərin etibarlı və tam olmasını təmin edir.
Buna baxmayaraq, avadanlıq və sənaye texnikası kimi bəzi əsas vəsaitlərin dövlət qeydiyyatı aparılmadığına görə lizinq müqaviləsi mülkiyyət hüququnu təsdiq edən yeganə sübut hesab edilir. Bu səbəbdən Lizinq Departamenti təklifləri ətraflı şəkildə təhlil edir və hüquq departamenti lizinq müqavilələrində bütün mümkün xüsusiyyətləri, o cümlədən seriya nömrələrini müəyyən edir. Müqavilələrdə mülkiyyət hüquqlarının üçüncü tərəflərə qeyri-qanuni ötürülməsi ilə bağlı cinayət məsuliyyəti də nəzərdə tutulur.
Bazar riski.Şirkətlər Qrupu bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Rəhbərlik qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər həftə nəzarət edir. Buna baxmayaraq, bu cür yanaşmadan istifadə edilməsi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda, müəyyən edilmiş limitlərdən artıq zərərlərin yaranmasının qarşısını almır.