Təqdimatın əsasları
Bu konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2015-ci iltarixində tamamlanan il üzrə Finans Lizinq ASC və onun törəmə müəssisələrinin(bundan sonra"Şirkətlər Qrupu"adlandırılacaq) maliyyə hesabatlarını təşkil edir.Törəmə müəssisələrin maliyyə hesabatları Ana şirkətlə eyni uçot siyasəti istifadə olunmaqla eyni hesabat dövrü üçün hazırlanır. Şirkətlər Qrupu ana şirkət olan Finans Lizinq ASC həmçinin törəmə müəssisəsi “FinEx Kredit” BOKT ASC-dan ibarətdir.
Qrupun maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSS) tərəfindən təsdiq edilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) və Beynəlxalq Maliyyə Standartlarına Şərhlər Komitəsi (“BMHSSK”) tərəfindən təqdim edilmiş təfsir qaydalarına müvafiq qaydada tərtib edilmişdir. Hazırkı maliyyə hesabatları ilkin dəyər prinsipi əsasında hazırlanmışdır.
Bütün qrup-daxili qalıqlar, əməliyyatlar, gəlir və xərclər tam aradan qaldırılır.
Törəmə müəssisələr,nəzarət hüququ tam olaraq Şirkətlər Qrupuna keçirilən tarixdən konsolidasiya edilir. Müəssisənin fəaliyyətindən mənfəət əldə etmək üçün, Şirkətlər Qrupunun onun maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyəti olduğu məqamlarda nəzarət əldə olunur.
Nəzarət olunmayan kapital payı mənfəət və ya zərərin Şirkətlər Qrupu tərəfindən birbaşa və ya dolayısı ilə sahib olmadığı törəmə müəssisələrin xalis aktivlərinin hissəsidir.
Nəzarət olunmayan kapital payı mənfəət və zərər hesabatında ayrı, konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda kapital çərçivəsində, lakin ana şirkətin səhmdar kapitalından ayrıca təqdim edilir. Nəzarət olunmayan kapital paylarına aid hər hansı bir zərər onun faizlərinə qarşı bölüşdürülür.Nəzarət olunmayan kapital payının alınması ana şirkətin genişləndirilməsi metodundan istifadə etməklə uçota alınır, lakin məbləğ və əldə edilmiş xalis aktivlərin ədalətli dəyəri arasındakı fərq kapital kimi tanınır.
Şirkətlər Qrupu öz Mühasibat uçotunu filialları yerləşən ölkələrin qanunlarına uyğun həyata keçirir. Hazırkı maliyyə hesabatları yerli Mühasibat uçotu əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu dəyişikliklər sırasına müvafiq əqdlərin iqtisadi mahiyyətini əks etdirmək üçün yenidən təsnifləşdirmələr, o cümlədən müvafiq maliyyə hesabatlarının bəndləri üzrə müəyyən aktiv və öhdəliklərin, gəlir və xərclərin yenidən təsnifləşdirilməsi də daxildir.
Dostları ilə paylaş: |