Finans Leasing ifrs report


Maliyyə alətlərinin ilkin uçotu



Yüklə 1,43 Mb.
səhifə11/50
tarix04.01.2022
ölçüsü1,43 Mb.
#56025
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
Maliyyə alətlərinin ilkin uçotu. Mənfəət və zərər haqqında hesabatda ədalətli dəyərlə göstərilən ticarət üçün qiymətli kağızlar, derivativlər və digər maliyyə alətləri əvvəlcə ədalətli dəyərdə qeydə alınır. Bütün digər maliyyə alətləri, dövlət və dövlət təşkilatlarından alınmış kreditlər istisna olmaqla, əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə qeydə alınır. İlkin uçot zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin uçot zamanı yaranan gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları (“müntəzəm” alış və satışlar), Şirkətlər Qrupunun maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır.

İlkin uçotdan sonra maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan effektiv faiz dərəcəsi metoduna əsasən amortizasiya olunmuş maya dəyərində qiymətləndirilir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin