10 saylı MHBS, 12 saylı MHBS və 28 saylı MUBS İnvestisiya müəssisələri: Konsolidasiyada istisnalara tətbiq olunur – 10 saylı MHBS, 12 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər 1 yanvar 2016-cı il tarixindən başlanan dövr üçün qüvvəyə minir.
Əsas tələblər
Düzəlişlər investisiya müəssisələrinə 10 saylı MHBS altında tətbiq olunan istisna hallarını əhatə edir. 10 saylı MHBS-ə düzəlişlər bütün törəmə müəssisələrini ədalətli dəyərlə ölçən investisiya müəssisəsinin törəməsi olan ana şirkətin konsolidə edilmiş maliyyə hesabatlarının təqdimatından (MHBS 10.4) azad edilməsinə aydınlıq gətirir. Bundan əlavə, düzəlişlər izah edir ki, özü investisiya müəssisəsi olmayıb investisiya müəssisələrinə dəstək xidmətləri göstərən və investisiya müəssisənin törəmə şirkəti olan təşkilatlar konsolidə edilir. İnvestisiya müəssisəsinin bütün digər törəmə müəssisələri ədalətli dəyərlə ölçülür. 28 saylı MUBS-ə düzəlişlər pay metodunun tətbiqi zamanı investora investisiya müəssisəsinin ədalətli dəyər ölçüsünü törəmə şirkət və ya birgə müəssisələrdən əldə olunan gəlirlərə aid etməyə imkan verir.