Keçid
Dəyişikliklər retrospektiv şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir və bu zaman açıqlanması mütləqdir.
Təsir
10 saylı MHBS və 28 saylı MUBS-ə düzəlişlər daha ardıcıl standartları tətbiq edənlər üçün faydalı izahatlar təmin edir. Lakin, çoxmərtəbəli struktura malik investisiya müəssisələrini təcrübədə müəyyən etmək hələ də çətinlik təşkil edə bilər.
11 saylı “Birgə Əməliyyatlar uçotu” adlı MHBS - 11 saylı MHBS-ə dəyişikliklər edilməsi
1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir.
Əsas tələblər
Bu dəyişikliklər birgə əməliyyatlarda pay əldə edən müəssisədən 3 saylı MHBS və digər MHBS prinsiplərini tətbiq edərkən 11 saylı MHBS-in tələblərilə ziddiyyət təşkil edilməməsini tələb edir. Bundan əlavə, həmin müəssisələrdə biznes birləşməsi ilə əlaqədar MHBS tərəfindən tələb olunan məlumatlar da açıqlamalıdır. Dəyişikliklər həmçinin müəssisə tərəfindən yaradılan birgə əməliyyatlara da yalnız və yalnız mövcud biznesin bu əməliyyatların formalaşmasında birbaşa təsirə malik olduğu halda tətbiq edilir. Bundan başqa, dəyişikliklər birgə əməliyyat fəaliyyəti üzərində nəzarəti saxlamaqla, əlavə maraqların əldə olunması üçün daha əvvəl mövcud olan maraqların yenidən qiymətləndirilməsinin tələb edilmədiyi hallara da aydınlıq gətirir.
Keçid
Dəyişikliklər prospektiv şəkildə tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir və bu zaman açıqlanmalıdır.
Təsir
11 saylı MHBS-ə düzəlişlər, biznes və ya aktivin əldə olunub olunmamasını müəyyən etmək üçün həyata keçirilən qiymətləndirmə əməliyyatlarının həcmini artırır ki, bu da kifayət qədər mübahisəli məsələdir. Müəssisələr müvafiq əməliyyatlara və mövcud vəziyyətə uyğun uçot metodu seçməlidir.
Dostları ilə paylaş: |