14 saylı MHBS - Təxirə Salınmış Nizamlayıcı Hesablar
1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.
Əsas tələblər
14 saylı MHBS qanunvericiliklə tələb olunan uçot siyasətini tətbiq edən müəssisələrə ilk dəfə MHBS tətbiq etdikləri dövrə qədər bu siyasəti davam etdirməyə icazə verir. Standard mövcud MHBS hazırlayanlara da aid edilmir. Həmçinin, müəssisənin cari ümumi qəbul edilmiş uçot prinsipləri dövlət tənzimləməsilə aktiv və öhdəliklərin tanınmasına icazə vermirsə, və ya onun cari uçot qaydalarına uyğun, belə bir siyasət qəbul edilməyibsə MHBS-in ilk dəfə tətbiqi zamanı da buna yol verilməyəcəkdir. 14 saylı MHBS-i qəbul edən müəssisələr təxirə salınan hesab qalıqlarını maliyyə vəziyyəti haqqında hesabatda ayrıca sətirdə göstərməli, mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatında ayrıca gəlir-xərc maddəsi kimi təqdim etməlidir. Standart qeyd olunan hesabların xarakterik xüsusiyyətlərinin və onlarla bağlı risklərin açıqlanmasını, həmçinin qanunvericilik tənzimlənməsinin müəssisənin maliyyə hesabatlarına təsiri ilə bağlı açıqlamaların təqdim olunmasını tələb edir.
Keçid
Erkən tətbiqetmə mümkündür və açıqlanmalıdır.
Təsir
14 saylı MHBS ilk dəfə MHBS tətbiq etməyə başlayan müəssisələri qanunvericilik tənzimləməsilə tanınan aktiv və öhdəliklərinin geri tanınması tələbindən bu qəbildən olan aktiv və öhdəliklərin uçotu ilə bağlı hərtərəfli layihə MUBSŞ tərəfindən hazırlanana qədər azad edir. Bu cür layihənin hazırlanması MUBSK-nın gündəmində aktualdır.
Dostları ilə paylaş: |