1 saylı MUBS Açıqlama Təşəbbüsü – 1 saylı MUBS-ə düzəlişlər.
1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.
Əsas tələblər
“Maliyyə Hesabatlarının Təqdimatı” adlı 1 saylı MUBS-ə düzəlişlər əhəmiyyətli dəyişikliklərdən daha çox, mövcud 1 saylı MUBS-in tələblərini aydınlaşdırır.
Düzəlişlər aşağıdakılara aydınlıq gətirir:
• 1 saylı MUBS-də əhəmiyyətlilik tələblərinə;
• mənfəət və ya zərər və digər məcmu gəlir, eləcə də maliyyə vəziyyəti haqqında hesabatı(ları)nın xüsusi bəndləri daha ətraflı açıqlanmasına;
• Müəssisələrin maliyyə hesabatları üzrə qeydlərdə sərbəstliyin mövcudluğuna;
• Asılı və birgə müəssisələrin digər məcmu gəlirdə payı iştirak payı metodundan istifadə edilməklə, cəm halında bir maddə kimi təqdim olunmalıdır və sonradan mənfəət və zərərə təsnifləşdirilməyən və ya təsnifləşdiriləcək maddələr arasında qruplaşdırılmalıdır.
Bundan başqa, düzəlişlər, maliyyə vəziyyəti və mənfəət və zərər hesabatlarında və digər məcmu gəlirdə əlavə yarımmaddələrə tətbiq edilən tələbləri aydınlaşdırır.
Keçid
Erkən tətbiq etməyə icazə verilir və müəssisələrdən bunu açıqlamaq tələb olunmur. Çünki, Şura bu düzəlişlərin müəssisənin mühasibat uçotu siyasətinə və uçot qiymətləndirmələrinə təsir etmədiyini hesab edir.
Təsir
Bu düzəlişlər MHBS-in təqdimat və açıqlama tələblərini ödəyən zaman mühakimələri tətbiq etməkdə müəssisələrə yardımçı olur, tanınma və qiymətləndirilmə meyarlarına isə təsir etmir.
Dostları ilə paylaş: |