Finans Leasing ifrs report


saylı MUBS və 41 saylı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər –



Yüklə 1,43 Mb.
səhifə31/50
tarix04.01.2022
ölçüsü1,43 Mb.
#56025
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
16 saylı MUBS və 41 saylı MUBS Kənd təsərrüfatı: Daşıyıcı bitkilər – 16 saylı MUBS və 41 saylı MUBS-ə düzəlişlər

1 yanvar 2016-cı il və bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvədir.



Əsas tələblər

16 saylı MUBS və 41 saylı "Kənd təsərrüfatı" adlı MUBS-ə dəyişikliklər daşıyıcı bitkilər (məsələn, meyvə ağacları) tərifinə uyğun olan bioloji aktivləri aid etmək üçün 16 saylı MUBS-in tətbiq sahəsini dəyişir. Daşıyıcı bitkilərdə yetişən kənd təsərrüfatı məhsulları (məsələn, ağacda yetişən meyvələr) 41 saylı MUBS-in tətbiq sahəsində qalacaq. Yeni düzəlişlərə əsasən, daşıyıcı bitkilərin uçotu bundan sonrakı ölçülmə məqsədilə ilkin dəyər və yenidənqiymətləndirmə dəyəri arasında seçim də daxil olmaqla, 16 saylı MUBS-in tanınma və ölçülmə tələblərinə uyğun aparılacaq. Bundan başqa, daşıyıcı bitkilərlə əlaqəli olan hökümət subsidiyalarının uçotu 41 saylı MUBS əvəzinə, 20 saylı "Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatların açıqlanması" adlı MUBS-ə uyğun olaraq aparılacaq.



Keçid

Müəssisələr düzəlişləri tam olaraq retrospektiv qaydada tətbiq edə bilərlər. Alternativ olaraq, müəssisə daşıyıcı bitkiləri göstərilmiş erkən dövrün başlanğıcında olan ədalətli dəyəri ilə qiymətləndirməyi seçə bilər. Erkən tətbiqetməyə icazə verilir, lakin bu zaman açıqlanmalıdır.



Təsir

Tələblər mənfəət və zərərdə kənd təsərrüfatı məhsulunun hələ də ədalətli dəyərdə qiymətləndirilməsinin dəyişkənliyini istisna etməyəcək. Bundan əlavə, müəssisələr bu aktivlərin daşıyıcı bitkilərdən ayrılıqda ədalətli dəyərini təyin etmək üçün müvafiq metodologiyalar müəyyən etməlidirlər. Bu, qiymətləndirmənin mürəkkəbliyini və subyektivliyini artıra bilər.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin