Ədalətli dəyərdə qeydə alınan maliyyə alətləri.Pul vəsaitləri və onların ekvivalentləri təxminən onların cari ədalətli dəyərinə bərabər olan amortizasiya olunmuş dəyərdə qeydə alınır.
Amortizasiya olunmuş dəyərdə qeydə alınan öhdəliklər.Ədalətli dəyər bazar qiymətlərinə bərabərdir. Bazar qiymətləri mövcud olmayan sabit faiz dərəcəli və müəyyən edilmiş ödəmə müddətinə malik maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri, analoji kredit riskinə və yerdə qalan ödəmə müddətinə malik yeni alətlər üçün faiz dərəcələrini tətbiq etməklə diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsaslanır.Tələb edildikdə və ya əvvəlcədən bildiriş təqdim edilməklə ödənilən öhdəliklərin (“tələb edilənədək ödənilən öhdəliklər”) ədalətli dəyəri öhdəliklərin ödənilməsinin tələb edildiyi birinci gündən başlayaraq diskont edilmiş tələb edildikdə ödənilən məbləğ kimi hesablanır.İstifadə edilmiş diskont dərəcələri Şirkətlər Qrupunun kredit riskindən, eləcə də qarşı tərəfin maliyyə alətinin valyutasından və ödəmə müddətindən asılıdır və illik 14% (2014: illik 14%) təşkil edir.
Maliyyə lizinqi üzrə debitor borcları. Maliyyə lizinqi üzrə debitor borcları dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla qeydə alınır. Maliyyə lizinqi üzrə debitor borclarının təxmin edilən ədalətli dəyəri gözlənilən gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılmış məbləğini əks etdirir. Gözlənilən pul vəsaitlərinin hərəkəti ədalətli dəyərin müəyyən edilməsi üçün tətbiq edilən cari bazar dərəcələri ilə diskont edilir.