BMS 39, Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi Standartına uyğun olaraq Şirkətlər Qrupu maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: (a) kreditlər və debitor borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və (d) mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri (“MZƏD”). “Mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri” kateqoriyası iki alt-kateqoriyaya bölünür: (i) ilkin uçot zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri. 31 dekabr 2014-cü il tarixinə maliyyə aktivləri ilə yuxarıda qeyd edilən qiymətləndirmə kateqoriyalarının üzləşdirilməsi aşağıdakı cədvəldə göstərilir: