Maliyyə lizinqi üzrə debitor borclarının və digər maliyyə aktivlərinin uçotdan silinməsi. Şirkətlər Qrupu aşağıdakı hallarda maliyyə aktivlərini uçotdan silir: (i) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (ii) Şirkətlər Qrupu həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (iii) Şirkətlər Qrupu bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.