“İnkişaf üçün Maliyyə” MMC kiçik və orta biznes subyektlərinə kreditlər təklif edən bank olmayan kredit təşkilatıdır. “İnkişaf üçün Maliyyə” Bakı filialının fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq kredit mütəxəssisi vəzfəsinə müsabiqəyə dəvət edir.
Kredit mütəxəssisinin iş vaxtının 90%-ə qədəri kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə, məsələn, bazar, yarmarka və ticarət mərkəzlərində, həmçinin, biznes obyektlərinin yerləşdiyi ünvanlarda məlumat xarakterli, eləcə də, artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşlərinə, kredit götürmüş şəxslərlə monitoring işlərinə sərf olunacaqdır.
Kredit mütəxəssisi olaraq təcrübəsi olanlar, eləcə də, aşağıdakı qabiliyyət və bacarıqlara malik şəxslər müsabiqədə iştirak üçün dəvət olunur:
Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
Kredit mexanizmləri haqqında bilik və məlumatlılıq;
Biznes fəaliyyətini təhlil etmək qabiliyyəti;
Biznes sferasında marketinq mütəxəssisi, mühasib, əmtəəşünas və ya uyğun sahələrdə professional bacarıqları;
Komanda şəklində işləmək;
Müsabiqədə iştirak üçün ərizələr 16 aprel 2007-ci il tarixinədək Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məh.535, m.27 (Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, AR Vergilər Nazirliyinin yanı) ünvanda qəbul olunur. Həmçinin, ərizələri (994 12) 510 66 37 faks nömrəsinə və ya office@findev-az.com və findev@azeronline.com elektron ünvanlarına da göndərə bilərsiniz.