Troplar
Əgər ritorikaya dair tipik linqvistik tədqiqatlara müraciət etsək, müasir alimlərin nə qədər az sayda troplardan istifadə etməyi bizdə təəccüb yarada bilər. Adətən, faktiki olaraq yalnız üç trop nəzərdən keçirilir: metafora, metonimiya və sinekdoxa. Məsələ onda deyil ki, digər troplar müasir ritoriklər üçün maraqlı deyil, məsələ ondadır ki, XX əsrin sonlarında bu üç tropu "ən yaxşı" troplar kimi qəbul etməyə başladılar.
Ən yaxşı troplann axtarışı ritorikaya, həqiqətən, ritorikaya istiqamətlənmiş müasir tədqiqat proqramlarında mühüm yer tutur. Bu aydındır: bir tərəfdən, tropların öz aralarındakı fərqin əsasında duran əlamətləri, digər tərəfdən isə - trop və fiqurların arasındakı fərqin əsasında duran əlamətləri dəqiq müəyyənləşdirmək mümkün olmayanda, müasir ritoriklər bütün səylərini birləşdirici başlanğıcın üzə çıxarılmasına yönəldirlər; bu birləşdirici başlanğıc bu qədər mürəkkəb olan nitq hadisələrinin koordinasiya sistemini nizamlamağa imkan verər. Bundan başqa, bu - bir-birinə yaxın nitq hədisələridir.
Onların yaxınlığı "tropun dönmə qabiliyyətinin" analizinin gedişində, daha doğrusu, bir tropdan digərinə keçidin öyrənilməsi ilə təsdiq edildi. Bu ideya hələ Andrey Belıya məxsus idi və onun tərəfindən "Simvolizm" adı altında ilk dəfə 1910- cu ildə nəşr edilmiş əsərində göstərilmişdir: "Təsviri formalar bir-birindən ayrılmazdır: onlardan biri digərinə keçir...; eyni bədii təsvir prosesi müxtəlif mərhələlərdən keçərək gah epitet, gah müqayisə, gah sinekdoxa, gah metonimiya, gah da metafora kimi göz qabağına gəlir. "Troplann qarşılıqlı olaraq bir-birinə keçmə prosesi bu gün də tədqiq edilir. Bu sahədə xüsusilə N.A.Kojevnikovanın adını çekmək olar.
"İlkin tropların" axtarışı ilə əlaqədar olaraq elmdə müasir dövrdə maraqlı açıqlamalar baş verib. Bu açıqlamalardan en əsası R.O.Yakobsona məxsusdur. O, ən əsas troplar kimi metafora və metonimiyanı qəbul edir və onlar arasındakı mühüm fərqi göstərir.
Maraqlıdır ki, R.O. Yakobson metafora və metonimiyanın yaxınlığını nitq anomaliyaları - oxşarlıq (analoji metafora) və bilavasitə yaxınlıq (analoji metonimiya) üzrə assosiasiyaların dağılma halının baş verdiyi pozulma ilə müəyyən edir. Beləliklə, troplara aid edilən köhnə əlamət - akiroloji əlamət («səhv- etmə») özünün yeni izahını tapır.
Bütün tropları metonimiyaya müncər etmək cəhdləri mövcuddur: bu fikri semiotikanın ən görkəmli nümayəndələrindən biri Umberto Eko irəli sürüb. (O, "Qızılgülün şöhrəti" və "Fuko kəfkiri" romanlarının müəllifidir.). Artıq bizə tanış olan Belçika qrupu isə "ən yaxşı trop" kimi sinekdoxanı qəbul edir.
Hər necə olsa da, adətən troplar arasındakı qarşılıqlı münasibətləri müəyyən edən əsas vektor təyin edilir. Bu vektora uyğun olaraq metafora və metonimiya qütb troplar kimi qəbul edilir və bütün digər troplar onların arasında yerləşdirilir.
İstəyib-istəməməyimizdən asılı olmayaraq istənilən tropun analogiya xarakteri adətən müşahidə edilir. "Metafora və metonimiya - analogiyaya əsaslanan təfəkkür sahəsinə aiddir. Bu baxımdan onlar yaradıcı şüur ilə üzvi sürətdə bağlıdırlar" - deyə Y.M. Lotman yazır.
Beləliklə, tropun iki əlamətini diqqət mərkəzində saxlayaq: onun analogiya xarakteri və onun paralogik (akiroloji) xarakteri.
Məhz analogiya qaydalarının dəyişdirilməsi - prinsipial olaraq uyğunlaşa bilməyənləri uyğunlaşdırmaq, prinsipial olaraq birləşə bilməyənləri birləşdirmək və s.- adətən, tədqiqatçıların qeyd etdikləri troplarla əlaqədar olan əməliyyatları həyata keçirməyə imkan verir. V.N.Toporov yazır: "Tropların sayəsində - yeni mənaların çatdırılması, yeni fikirlərin qeyd edilməsi imkanları artır". Bundan başqa, onun fikrincə, troplar "müxtəlif və mürəkkəb yeni mənaların sintezi (və analizi) proseslərinin həyata keçdiyi unikal təcrübi sahədir"
Tropların tərkibində "vəhdət nöqtəsinin" axtarışı problemin yalnız bir tərəfidir. Digər tərəfdən, tropları fərqləndirən cəhətlərin axtarışı da vacibdir.
Bütün troplar özlərində söz və söz birləşmələrinin mənasının paralogik dəyişdirilməsi prosedurunu əks etdirirlər, amma bu dəyişdirilmə həmişə eyni şəkildə baş vermir. Bəzi hallarda bu - məntiqi baxımdan "yalan" mənaların, digər hallarda isə - səmimiyyət meyarı ilə ziddiyyət təşkil edən mənaların yaranması yolu ile baş verir.
Həqiqətən, əgər mən, məsələn, "mən üç boşqab yemişəm" kimi metonimiyanı həyata keçirirəmsə, onda mən əslində yalan (doğru olmayan) hökm irəli sürürəm, çünki mən əlbəttə ki, boşqabı deyil, boşqabın içərisindəkini yeyirəm; aposiopeza (sükutla keçmə), daha doğrusu, ümumiyyətlə, obyektin adını deməmə yolu ilə mən həm də qeyri-səmimi hərəkət nümayiş etdirirəm.
Həqiqət və səmimiyyət meyarları, artıq qeyd edildiyi kimi, nisbətən sonralar elmi dövriyyəyə daxil olub, buna görə de, troplar kimi "qədim" hadisəni xarakterizə etmək üçün onlardan istifadə etmək tarixi baxımdan o qədər de düzgün deyil. Amma başqa yol da hələlik yoxdur.
Həqiqət meyarını mülahizənin gerçəklik ilə uyğunluğunu təmin edən meyar, səmimiyyət meyarını isə mülahizənin əslində danışana xas olan düşüncə və hisslərlə uyğunluğunu təmin edən meyar kimi nəzərdən keçirərək, belə hesab edirik ki, bu meyarlar arasındakı fərq tropların tərkibindəki iki nitq hadisələri qrupu arasındakı fərqi əmələ gətirir.
Həqiqət meyarının pozulması ilə əlaqədar olan tropları həqiqi troplar, səmimiyyət meyarının pozulması ilə əlaqədar olan tropları həqiqi olmayan troplar adlandıracağıq. Hər bir konkret halda həqiqət və səmimiyyət meyarlarının necə reallaşdığını nümunələr əsasında nəzərdən keçirmək olar.
Dostları ilə paylaş: |