468) Orta ağırlıqlı şəkərli diabet zamanı və mikroangiopatiyalarda hansı prosedurları təyin etmək məqsədəuyğundur?
A) Baldır nahiyyəsinin çöhrə dozalarda ultrabənövşəyi şüalanması
B) Natrium xlorid vannaları
C) Baldır nahiyyəsinə ultrasəslə təsir
D) Baldır nahiyyəsinə aşağı tezlikli dəyişən maqnit sahəsi ilə təsir
E) Sirkulyar duş
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
469) Şəkərli diabet zamanı bel nahiyyəsinə hansı istilik amilləri təyin etmək olar?
A) İYT elektromaqnit sahəsi (460 MHs)
B) İnduktotermiya
C) Ultrayüksək tezlikli elektrik sahəsi
D) Palçıq aplikasiyaları
E) Ultrbənövşəyi şüalanma
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
470) 45 yaşlı xəstədə zəif ağırlıq dərəcəli II-ci növ şəkərli diabet zamanı mədəaltı vəzi proyeksiyasına hansı proseduru təyin etmək məqsədəuyğundur?
A) Ultrasəs
B) İYT elektromaqnit sahəsi (460 MHs)
C) Franklinizasiya
D) Berqonye üsulu ilə qalvanizasiya
E) Darsonvalizasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
Dostları ilə paylaş: |