120) «Darsonvalizasiya» müalicə üslubunda hansı cərəyan tətbiq edilir?
A) Aşağı tezlikli dəyişən cərəyan
B) Az şiddətli, yüksək gərginlikli, yüksək tezlikli dəyişən impuls cərəyanı
C) Dəyişən elektrik sahəsi
D) Elektromaqnit sahəsi
E) Aşağı gərginlikli daimi cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
121) Darsonval cərəyanının təsiri zamanı nə istifadə edilir?:
A) Üç elektrod
B) Dörd elektrod
C) Bir elektrod
D) İki elektrod
E) Solenoid
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
122) Darsonval cərəyanı nəyə qadirdir?
A) Dərinin sinir reseptorlarının həssaslığını azaltmaq
B) Regenerasiyanı azaltmaq
C) Mübadilə prosesini zəiflətmək
D) Əzələnin yığılmasını törədərək onun reseptorlarını qıcıqlandırmaq
E) Dəridə hipotermiya törətmək
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
Dostları ilə paylaş: |