887) Uşaqlarda revmatizm xəstəliyi zamanı tətbiq edilən müalicəvi gimnastika məsələlərinə hansılar aid deyil?
A) Tədricən artan fiziki yükləmələrə dair ürək- damar sisteminə tədricən məşqedici təsir
B) Fəsadların profilaktikası
C) Ürək fəaliyyəti üçün əlverişli şəraitin yaradılması
D) Diqqətə yönəlmiş məşqlər
E) Xarici tənəffüs funksiyasının yaxşılaşmması
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
888) Xoreya xəstəliyi zamanı müalicəvi gimnastikanın xüsusi məşqlərinə hansılar daxil deyil?
A) Döş qəfəsi və diafraqma əzələlərinin funksiyasının koordinasiyasına yönəlmiş məşqlər
B) Düzgün yeriş təliminə yönəlmiş məşqlər
C) Mimik və skelet əzələlərinin boşalmasına yönəlmiş məşqlər
D) Hərəkətlərin koordinasiyasına və diqqətə yönəlmiş məşqlər
E) Xarici tənəffüs funksiyasının yaxşılaşmamasına yönəlmiş məşqlər
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
889) Artıq dərəcədə qan dövranı dekompensasiyası ilə anadangəlmə ürək qüsurları olan xəstələrə əməliyyatdan öncə aparılan müalicəvi gimnastikanın məqsədləri hansılardır?
A) Miokardın yığılma funksiyasına məşqedici təsir
B) Qanın oksigenlə zənginləşməsinin azalması
C) Əməliyyatdan sonrakı dövrdə tətbiq olunan hərəkətlərlə müştərək xüsusi tənəffüs məşqlərinin təlimi
D) Orqanizmdə oksidləşmə- mübadilə proseslərinin güclənməsi
E) Döş qəfəsi əzələlərinin bərkidilməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова. «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
890) Xroniki pnevmoniya zamanı tətbiq olunan müalicəvi gimnastikanın məsələlərinə hansılar daxil deyil?
A) Bitişmə proseslərinin və atelektazın profilaktikası
B) Atelektazların əmələ gəlməsinin profilaktikası
C) Tənəffüs sisteminin rezerv imkanlarının artırılması
D) Bronxların drenaj funksiyasının güsləndirilməsi
E) Orqanizmdə oksidləşmə- mübadilə proseslərinin zəiflədilməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова «Спортивная медицина», Курс лекций и практические занятия, ч.1, Москва. 2004
Dostları ilə paylaş: |