Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə102/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   98   99   100   101   102   103   104   105   ...   211
Isa Söyün ulu Kapayev (1949). Noqay ədəbiyyatında araş­dırıcı ədib kimi tanınır. Atası Söyün Kapayev noqay ədəbiy­ya­tının görkəmli simalarındandır. 1975-ci ildə “Xurcun”, “Berdazi”, 1985-ci ildə “Qarmanıstika”, “Dünya ömürlü senin gözlerinde” “Reklama” povestlərini, 1982-ci ildə “Vağzal” , 1989-cu ildə “Sülder” romanlarını nəşr etdirmişdir. “Sülder” roma­nını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilmişdir.

Murat Alibek ulu Avezov (02.11.1951. Dağıstan MSSR Noqay rayonu Orta Töbe kəndi). Murad noqay folklorunu ya­şadan, onu təbliğ edən bir ailədə doğulmuşdur. Atası Alibek don­bu­ra çalaraq noqay əfsanələrini söyləməklə, nənəsi Bazilet və ana­sı Elbiyke isə tarixi şəxsiyyətlər olan “Suyunbiyke”, “Yanbiy­key”, “Nayman xanın qızı Bayqız” və başqa ağıları söyləmək­də məşhur olmuşlar.

Murad kəndlərindəki səkkizillik məktəbi bitirdikdən sonra Qaraqasdakı orta məktəbdə oxumuşdur. Orta məktəbdə oxuyarkən “Besik” (Beşik) və “Anama” şeirlərini “Şöllik mayakı” qəze­tin­də çap etdirmişdir. Elə həmin qəzet 1969-cu ildə onun Qamzat Acıgəldiyevə həsr etdiyi “Turnalar” poemasını da nəşr etdirmişdir.

1969-70-ci illərdə Buynaksk şəhərindəki 1 saylı texniki- peşə məktəbində oxuyan Murat oranı bitirib əsgəri xidmətə gedir və Macarıstanda əsgərlik keçirir. 1972-ci ildə əsgəri xidmətdən geri döndükdən sonra bir il Qaraçay Çərkəz Pedaqoji Institututunun hazırlıq kursunda oxuyur və həmin ali məktəbin noqay-rus filologiyası fakültəsinə qəbul olunur. Ali məktəbdə təhsilini başa vurub kəndlərində müəllim işləməyə qayıdır.

Müntəzəm olaraq “Şöllik mayakı”, “Lenin yolu” qəzet­lərin­də və gənc şairlərə həsr olunmuş toplularda şeirlərini çap et­dirir. “Şöllik mayakı” qəzetində müxbir, məsul katib, redaktor müavini, redaktor işləyən Murad Avezov 1990-91-ci illərdə “Laşın” uşaq jurnalına, 1991-92-ci illərdə uşaqlar üçün çap olu­nan “Bayterk” qəzetinə redaktorluq edir.

Tereklidəki noqay teatrına rejissorluq edən Murat Avezo­vun “Es” (Yaddaş) adlı ilk şeir kitabı 1982-ci ildə Mahaçqa­la­da çap olunmuşdur.

Sovetlərin çöküşü zamanı yaradılan “Birlik” adlı noqay ic­ti­mai-siyasi təşkilatına rəhbərlik edən Murat Avezov Türk xalq­larının toplantılarında da fəal iştirak edir. Beynəlxalq Ima­məd­din Nəsimi mükafatının qızıl medalını və Dağıstan Respubli­ka­sının Əməkdar Mədəniyyət Işçisi adını alan Murad Avezo­vun “Aytıs” (Yarış) (1992), “Masaklar” (Sünbüllər) (1992), “Bir uvıs topırak, bir uvıs suv” (Bir ovuc torpaq, bir ovuc su) (2002), uşaqlar üçün yazdığı “Bayterek” nağıl kitabı (2001) və b. ki­tabları çap olunmuşdur. (Suyunova N., 2006:244-246)




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin