Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə111/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   107   108   109   110   111   112   113   114   ...   211
(Hayatı B., 1991:210).

Müəllifi bilinən yırlar arasında Qasbot Qoçqarovun və Appa Canıbekovun yırları daha məşhurdur.



1.2. Milli azadlıq mübarizəsi ədəbiyyatın mövzu qaynağı kimi
1905-ci ildə Rus-Yapon savaşında Rusiyanın yenilməsi bu dövlətin çökdüyündən xəbər verirdi. Rusiyanın öndə gedənləri vəziyyətdən çıxış yolları axtarırdılar. Kimisi konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa çalışırdı. Sosialistlər isə sinfi mübarizəni önə çəkərək, ətraflarına daha çox tərəfdar toplayıb hakimiyyəti ələ almaq istəyirdilər. Çar Rusiyasının hökumətinə qarşı çıxan bu insanların əksəriyyəti imperiyanı qoruyub saxlamağa çalışır, işğal altında olan xalqlara azadlıq verəcəklərini düşünmürdülər.

Əsarətdə olan xalqların öndə gedənlərinin bir qrupu Ru­siyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə də, əslində müs­təqil dövlətlərini qurmağa çalışırdılar. 1917-ci ilin fevralında baş verən çevriliş bu işi sürətləndirdi. Lakin bolşeviklər bu dəyişikliklə razılaşmadılar. Onlar demokratik yolla - seçkilərdə fəal iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklərini görüb 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti ələ aldılar. Bununla da dünyanın altıda birini tutan bir ölkədə vətəndaş savaşlarının, qarışıqlığın, hərci-mərcliyin əsasını qoydular.



Belə ağır, çətin günlərdə qaraçay-malkarlar rus ordusunda polkovnik rütbəsinədək yüksəlmiş Mırzaqul Kırımşavxalın ət­ra­fına toplaşaraq bolşeviklərə qarşı mübarizəyə başladılar. On­lar adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birlə­şərək 1918-ci ilin may ayının 11-də “Quzey Qafqaz Dövlətləri Fede­rasiyası”nı (Bu qısa ömürlü dövlətin adı qaynaqlarda fərqli şə­kildə yazılır) qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bay­raq qaldırdılar. Lakin bu dövlətin ömrü uzun olmadı. Daxili çə­kişmələr, xarici qüvvələr, ağqvardiyaçı-general Denikin 1919-cu ilin sonlarında bu dövlətin varlığına son qoydu. 1920-ci ilin martında isə bolşeviklər denikinçiləri bölgədən qovub çıxardılar.

Qaraçay-malkarlar öz müstəqilliklərini əldə etmək üçün Mır­zaqul Kırımşavxal və Qılıç Giray xanın başçılığı ilə bol­şe­viklərə qarşı vuruşdular. Beş aya qədər davam edən bu mü­qavimətə 1920-ci ilin dekabrında son verildi. Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası daxilində qaraçaylara müstəqillik­lərini saxlamağa, muxtar respublikalarını qurmağa icazə verə­cəklər. Lakin mövqelərini möhkəmləndirən bolşeviklər vədlə­rinə dönük çıxdılar. 1922-ci ilin yanvarında yeni inzibati bölgü - Qaraçay-Çərkəz Muxtar Vilayəti yaratmaqla malkarları yeni­dən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdilar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist Respubli­ka­sının tərkibinə daxil etdilər.



Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında tapsa da, Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və nəşr edilməsi yasaq idi. Yalnız bolşevikləri öyən, kollektivləş­məni tərənnüm edən, vətəndaş savaşında bolşeviklərin tərəfini tutan, Ikinci Dünya Savaşında Rusiyanın mövqeyini müdafiə edən mahnı və nəğmələrin, lətifələrin toplanmasına və nəşrinə icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar arasında da din əley­hinə yönələn, bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid edən folklor nümunələri görünməyə başladı. Bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını geniş xalq küt­lə­lərinə çatdırmaq üçün bir tərəfdən milli dillərdə məktəblər, teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri açırdı, o biri tə­rəf­dən millətpərvər, xalqın azadlığını və müstəqilliyini istəyən insanları güllələyir, həbsxanalara və sürgünlərə göndərirdilər. 1918-1919-cu illərdə xalqın önündə getmiş, milli dövlət qu­ru­culuğunda fəal iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırım­şavxal, Qazi Hacı Laypan, Davud Özgen, Barisbiy Duda, Ca­tay Bayramuk və baş­qa vətənpərvərlər güllələndi. Keçmiş qazı Qafar Naçır, Muhəm­mət Ali Botaş, Salix Barisbiy, Ibrahim Koba, Şaban Qagu, Maşak Hubi, Musa Bayramuk, Şamil Qa­ca, Muhəmmət Tambiy (Hayatı B., 1991:87). və s. kimi oxu­muşlar həbs edilmişdir. Qaynaqlar 34 min insanın həbs edildiyini göstərir. Azsaylı bir xalq­dan bu qədər insanın məhv edilməsi onun ədəbiyyatının məhv edilməsi demək idi. Çün­ki bu insanlar folkloru yarşatmaq və təbliğ etməklə yanaşı, yeniyetmələrə dərs keçir, yazılı ədə­biyyat formalaşdırır və yeni nəsil yazıçı, şair və bilginlər yetişdirirdilər.

1930-cu ildə qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə çıxdılar. Abdulkərim Xasanın başçılığı ilə xalq dörd günə böl­gəni bolşeviklərdən təmizlədi. Əslində bu, yaşam mücadiləsi idi. Xalqın əlindən torpağı, mal-qarası alınmış, bir sözlə, insan­lar yaşamlarını təmin edəcək vasitələrdən mərhum edilmişdi. Üsyan Sovet hərbi hissələri tərəfindən qəddarlıqda yatırıldı. Kəndlər dağıdıldı, minlərlə insan öldürüldü - 3 min adam güllələndi, 17 min nəfər həbsxanalara və sürgünlərə göndərildi (Hayatı B., 1991:90).

Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər partiyasının bölgədə möhkəmlənməsində xidməti olan milli kadrlar başda olmaqla 7 min insana “xalq düşməni” adı verilərək həbs edildi və güllələndi. Bu da əhalinin hər 14 nəfərindən biri demək idi.

Ikinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşına­dək kişilər Sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qar­şı döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xid­mət orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Al­man orduları Qafqazdan geri çəkildikdən sonra Sovet xüsusi xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi. 5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı, Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərə­katı iştirakçıları da məhv edildi (Hayatı B., 1991:99).



1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yol­lar­da aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni da­yandırmadılar. 1957-ci ildə vətənə dönmək hüququ qazandılar.

Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin