Folklor instituti


Qaraçay-malkar folklorunun janrları



Yüklə 4,03 Mb.
səhifə112/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   108   109   110   111   112   113   114   115   ...   211
2. Qaraçay-malkar folklorunun janrları
Araşdırıcı Tanzilya Xadjilanı belə bir müsibətlər yaşamış xalqdan toplanmış folklor nümunələrini aşağıdakı şəkildə qruplaşdırır: 1.“Mitoloji adet-gelenek-töre şiirleri (Mif em adet-töre poeziya. Mifoloqiçeskaya i obryadovaya poeziya), 2.Adet ve törelerle ilgili şiirler (Adet-töre bla baylamlı poeziya. Ob­rya­dovaya poeziya), 3.Nart destanları (Nart epos), 4.Masallar (Comakla. Skazki), 5.Masal olmayan, sözlü halk eserleri (Co­mak bolmağan, kara söz bla aytılğan halk çığarmala. Neska­zoçnaya poeziya), 6.Şarkılar (Cırla), 7.Halk edebiyyatının küçük türleri, 8. Zikirler (Türkiye dışındakı..., 2002:48, 22-ci cild).

Türkiyəli araşdırıcı Ufuk Tavkul isə qaraçay-malkar folk­lorunu aşağıdakı bölgülər altında verir: 1.Efsaneler, 2.Nart ef­saneleri, 3.Destanlar-tarihi şarkılar, 4.Aşk şarkıları-maniler, 5.Nin­niler, 6.Atasözleri,7. Bilmeceler (Tavkul U., 1992:731).



Qaraçay-malkar folklorunun yorulmaz araşdırıcısı X.Mal­kan­duyev isə bədii-poetik ənənəni və janrları öyrənərkən onları aşa­ğıdakı kimi qruplaşdırır: 1.Magik poeziya, 2.Ovçuluq poe­ziyası, 3.Təqvim poeziyası, 4.Lirik poeziya (Malkonduev X., 1990).

Bu bölgü ilə qaraçay-malkar folklorçularının bəziləri razilaş­mır. Fikir ayrılığını ümumi türk xalqlarının folklorşü­nasliğına da aid etmək olar. Türk xalqlarının folklor mətnləri top­la­nıb nəşr edilmədikcə, onların öyrənilmə metodları ha­zır­lanmadıqca bu cür qarışıqlıq olacaqdır.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin