Folklor instituti


Qasbot Bağır ulu Qoçqarov (Qoçqarlanı) (



Yüklə 4,03 Mb.
səhifə119/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   115   116   117   118   119   120   121   122   ...   211
Qasbot Bağır ulu Qoçqarov (Qoçqarlanı) (1834, Kuban quberniyasının Uçkulan yaxınlığındakı Qasbot kəndi -1940). Qasbot Bağır oğlunun uşaqlıq və yeniyetməliyi Qafqazda qanlı savaşların hökm sürdüyü bir dönəmə təsadüf etmişdir.

Balaca Qasbotun gö­zü qarşısında Şeyx Şamilin müridləri Rusiyanın toplu-tüfəngli ordularını pərən-pərənə salırdı. Analar döyüşlərdə şəhid olan oğullarına, bacılar qardaşlarına, qadınlar ərlərinə yırlar qoşur­dular. Necə deyərlər Qasbotun gözü qarşısındaca hər gün yeni bir qəhrəmanlıq yırı yaranırdı. Istəsə də, istəməsə də o bu yır­ları eşidir, onlar yaddaşına hopur və onun bədii təxəyyülünü zənginləşdirirdi.

Kiçik yaşlarından yeddi il molla yanında təhsil alan, Quran oxumağı, ərəb və fars dillərini öyrənən Qasbot mədrəsədə təh­silini davam etdirə bilmir. Yeniyetmə çağlarında çoxlu cır (yır) və xalq mahnıları əzbərləyərək yığnaqlarında oxuyur. Oxuduqla­rının təsiri ilə gənc yaşından öz şeirlərini söyləməyə başlayır. Şairin “Xorasan”, “Deboş”, “Aycayak” cırları və mahnıları xalq arasında geniş yayılır (Literatura narodov..., 1999:115). Araşdırıcılar xalq nəğmələri kimi bu gün də oxunan və an­tologiyalara daxil edilmiş “Candar”, “Barak”, “Qapalav” və “Qanamat”ın da yazarının Qasbot olduğu qənaətindədirlər (Tür­kiye dışındakı..., 2002:237, 22-ci cild).

Qasbot Qoçqarov mükəmməl dini təhsil almasa da, sonralar mədrəsə təhsili görmüş, Şərqin dini və mədəniyyət mərkəz­lərini gəzib gəlmiş həmyerlilərinin söhbətlərini dinləməklə dini biliklərini artırmışdı. Ona görə də Qasbot Qoçqarovun cır və nəğmələrində didaktika, Islami dəyərlərə dayanan öyüd və nəsihətlər çoxluq təşkil edir. Ənənəyə sədaqəti və fitri istedadı sayəsində yazdığı cır və mahnılar qaraçay-malkar poeziyasının qızıl fondunu təşkil edir.

19-cu yüzilin sonları 20-ci yüzilin əvvəllərində Qasbot Qoçqarov Quzey Qafqazda yalnız Qaracay-malkarlar arasında deyil, no­qaylar, çərkəzlər, abazalar, qumuqlar, qabardinlər və başqa xalqlar arasında da məşhur olmuşdu.

Qasbot Qoçqarovu üsyankar ruhlu şeirləri, həcvləri bolşe­vik­lərin də diqqətini cəlb etmişdi. Bolşeviklər xalq arasında məş­hur olan şairləri öz tərəfinə çəkməklə Kommunist Parti­ya­sına, Leninə, Stalinə mədhiyyələr yazdırır, sosializm quruculu­ğu­nu tərənnüm etdirirdilər. Ləzgi xalq şairi Süleyman Stal­ski­ni, qazax Cambul Caboyevi, avar Həmzət Sadasanı və b. mü­kafatlarla, rəsmi toplantılara dəvətlərlə şirnikləndirərək sosia­lizm quruculuğunun məddahına çevirə bilmişdilər.

Sovetlərin dinə mənfi münasibətini, milli ayrıseçkilik siya­sətini, müxtəlif adlar altında azad düşüncəli insanları məhv et­diyini görən Qasbot Qoçqarov dəvətləri qəbul etmir. At üs­tündə dərvişvari bir həyat sürərək, kənd-kənd gəzib cırlar oxu­yur. Nə yazıq ki, onun yaddaşında gəzdirdiyi yüzlərlə cırı, nəğ­məni, mahnını, ata sözü və məsəlləri toplayan olmur.

Şairin ölümündən 24 il sonra, yəni 1964-cü ildə “Say­la­malar” (Seçmələr) və 1986-cı ildə “Qoçkarlanı Qasbot-Xalq cırçılanı tamadası” (Qasbot Qoçkar-xalq şairlərinin öncülü) kitabları nəşr edilir.



1940-cı ildə, 106 yaşında dünyasını dəyişən Qasbot Qoç­qa­rov sağ qalsaydı yəqin ki, 1943-cü ildə xalqı ilə birlikdə o da Qa­zaxıstana və ya Sibirə sürgün ediləcəkdi. SSRI dağıldıqdan sonra Qasbot Qoçqarovun əsərləri Türkiyədə də çap olunmağa baş­­ladı. Qasbot Qoçqarovun yaradıcılığına türk xalqlarında da ma­­raq artmışdır. Onun qaraçay milli ruhunu özündə daşıyan şeir­­ləri Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin