Folklor instituti


Ismayıl Yakub ulu Akbayov (Akbaylanı)



Yüklə 4,03 Mb.
səhifə123/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   119   120   121   122   123   124   125   126   ...   211
Ismayıl Yakub ulu Akbayov (Akbaylanı) (1874, Kuban quberniyasının Yuxarı Teberdi kəndi-1937). Uşaqlıq və yeniyetməlik illərində vətənindəki müxtəlif mollaxana və mədrəsələrdə oxu­yan Ismayıl Istanbula gedir, orada ali təhsil alıb geri qayıdır. Istanbulda tanış olduğu elm və sənət adam­ları onun dünyagörüşünün formalaşmasına güclü təsir edir.

Rusiyanın düşmən kimi baxdığı Osmanlı dıvlətində ali təshil aldığına görə onu ixtisasına uyğun işlə təmin etmirlər. Odur ki, Yuxarı Teberdi kən­dində imamlıq (mollalıq) etməklə yanaşı 1914-cü ildən məktəb açaraq uşaqlara yeni üsulla dərs deməyə başlayır. Xalq arasında Çokuna Əfəndi ləqəbi ilə şöhrətlənir. Ərəb əlifbasını qaraçay türkcəsinin foneti­kasına uyğunlaşdırır və bu əlifba ilə “Ana tili” kitabını yazır. Kitabı 1916-cı ildə Tiflisdə nəşr etdirir. Bu Qaraçay türkcə­sində çap olunan ilk kitab sayılır. Kiabda şairin öz şeirləri ilə yanaşı, rus dilindən etdiyi bədii tərcümələr də vardır.

1924-cü ildə nəşr olunan ilk qaraçay-malkar türkcəsindəki qəzetə - “Tavlu caşav” (Dağlı yaşamı) qəzetinə Ismayıl Akba­yov redaktor təyin edilir. Həmin illərdə “Ana tili” dərsliyini, “Tilmanc” (Rusca-qaraçay türkcəsində sözlük) kitablarını çap etdirir. Onun Süleyman Cələbinin “Mövlud-i şərif”indən qa­ra­çay-malkar türkcəsinə etdiyi çevirmə və özünün yazdığı “Möv­lud” xalq arasında geniş yayılır. Bütün bunlar Sovet xüsusu xidmət orqanlarının diqqətindən yayınmır. 1937-ci ildə minlərlə vətənsevər və aydın kimi Ismayıl Akbayov da həbs olunur. Sonrakı taleyi haqqında bilgi yoxdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin