Folklor instituti


Anadilli mətbuatın yaranması və ədəbiyyatın inki­şafına təsiri



Yüklə 4,03 Mb.
səhifə125/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   121   122   123   124   125   126   127   128   ...   211
3.2. Anadilli mətbuatın yaranması və ədəbiyyatın inki­şafına təsiri
Qaraçay-malkar yazılı ədəbiyyatının formalaşmasında mət­bua­tın rolu olduqca böyükdür. 1922-ci ildə Batal Paşa (in­diki Çerkessk) şəhərində rusca nəşr olunan “Qorskaya bed­nota” (“Dağlı yoxsullar”) qəzetinin bir səhifəsi qaraçaylara ay­rılmışdı. Bu səhifədə ərəb qrafikası ilə qaraçay-malkar dialek­tində məqalələrlə yanaşı, şeirlər də çap edilirdi. 1924-cü il ok­tyabrın 19-da nəşrə başlayan “Tavlu caşav” (“Dağlı yaşamı”) qəzeti qaraçay-malkar türkcəsində çıxırdı. Qəzetin adı 1928-ci ildə dəyişdirilərək “Tavlu carları” (“Dağlı kasıbları”) qoyuldu. Bu qəzetlərin nəşri qaraçay-malkarlar arasında ana dilində yazılı ədəbiyyatın təşəkkülünə və inkişafına səbəb oldu.

Mətbuat, mədəni mərkəzlər Sovet hökumətinin əlində oldu­ğundan təbliğat və basqılar öz işini görürdü. Issa Qarakötov, Az­ret Örtenov, Daut Bayqulov (Bayqullanı), Abdulkerim Bat­çayev (Batçalanı), Xasan Bostanov, Sait Şaxmurzayev (Şax­mur­zalanı), Sait Otarov (Otarlanı), Bert Qurtuyev (Qurtulanı) və b. bolşeviklərin qəhrəmanlıqlarını, döyüşlərdə göstərdikləri igidlikləri tərənnüm edir, onların dünyanı zülm və əsarətdən qurtaracaqlarını poetik dillə xalqa çatdırmağa çalışırdılar. O dövrün ruhuna uyğun olaraq poetik pafosla Sovet hökumətinin üstünlüklərinə, kasıbların dayağı olduğuna, xalqlara dinclik və əmin-amanlıq gətirdiyinə, yoxsulların bu hökuməti sevinclə qarşıladıqlarına dair şeir və poemalar yazırdılar. O biri tərəfdən də keçmişi tənqid adı altında bütün milli dəyərləri, adət-ənə­nəni pisləyir, onları gözdən salırdılar. 20-ci illərin ikinci yarisından başlayaraq, ictimai həyatda olduğu kimi, ədəbiyyatda da islam dininə, islam mədəniyyətinə qarşı kəskin mübarizəyə girişildi. Din, əski mədəniyyət, adət-ənənə xalqın geri qalma­sinın başlıca səbəbi kimi göstərilməyə, bir buxov kimi təsvir edilməyə başlandı.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin