Folklor instituti


Ömər Caşuv ulu Əliyev (Aliylanı)



Yüklə 4,03 Mb.
səhifə126/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   122   123   124   125   126   127   128   129   ...   211
Ömər Caşuv ulu Əliyev (Aliylanı) (25.08.1895, Kuban qu­berniyasının Kart Curt kəndi - 1938). Elə şəxsiyyətlər var ki, onlar ədəbi-bədii yaradıcılıqla ardıcıl məşğul olmasalar da ədə­bi mühitin formalaşmasında rolları böyük olmuşdur. Belə insan­lardan biri də Ömər Əliyev olmuşdur.

Ilk təhsilini kəndlərində almış, sonra Malkardakı Köndə­lən kəndinə gedərək orada oxumuş və yaşamışdır. Təhsilini Qa­hirədə davam etdirmək arzusunda olan gənc Bakıya gələrək burada işləyib pul qazandıqdan sonra istəyini reallaşdırmağa ça­lışmış, burada dəmiryolunda və neft mədənlərində fəhlə işləmişdir.

Qahirəyə gedə bilməsə də Dağıstanda, qumuqların yaşadığı məşhur Yaxsay mədrəsəsində oxumuşdur. Ərəb, fars, türk dillə­rini, islam elmlərini dərindən öyrənsə də din xadimi olmaq, bu sahədə çalışmaq istəməmişdir. Dağıstanın inzibati və mədəni mər­kəzi olan Teymurxanşurada imtahan verərək rəsmi dövlət məktəblərində müəllim işləmək hüququ verən diplom almışdır.

1915-ci ildə qumuqların yaşadığı Qumtorqala kəndində müəl­­limliyə başlamış, 1916-cı ildə Tiflisə gedərkən Azərbay­can türkcəsində cap olunan qəzet və jurnallara dağlı xalqlar haqqında məqalələr yazmışdır. Oradan Ufa şəhərinə gedən Ömər Əliyev Osmaniyə mədrəsəsində ərəb və türk dillərindən dərs deməyə başlamışdır. Ufadakı Müsəlman Müəllimləri Birliyinin, son­ra Rusiya Müsəlman Müəllimləri Birliyinin sədri, Kazanda tatar türkcəsində çap olunan “Ukutuvcu”(oxuducu-müəllim) jurnalının baş redaktoru vəzifələrində işləmişdir.

Bolşeviklərin ölkədə yaratdıqları qarışıqlıq, onların xalqlara azadlıq, xoşbəxtlik gətirəcəkləri haqqındakı şüarları gənc Ömə­ri də inandırmış, o, 1917-ci ilin dekabrında Kommunist Parti­yasına üzv yazılmışdır. Ağqvardiyaçılara qarşı savaşda fəal iştirak edən, bolşeviklərin yeritdiyi siyasəti canı-dildən müdafiə edən Ö.Əli­yev Qafqaz çəbhəsinin hərbi şurasının üzvü olan I.V. Stalinlə tanış olur. I.V.Satlin onun işgüzarlığını nəzərə alib 1918-ci ildə rəhbərlik etdiyi Millətlər Ko­missarlığında işə götürür. Komissarlığın işçisi kimi onu ağqvardiyaçılara qarşı mübarizə üçün dəfələrlə Quzey Qafqaza, Kırıma göndərir. Dəfələrlə ölümlə üzləşə də mübarizəsindən çəkinmir. 1919-cu ilin avqustunda bolşeviklərin xüsusi tapşırığı ilə gizlicə vaxtı ilə müəllim işlədiyi Gürcüstana, oradan da Azərbaycana gəlir. Azərbaycanda həbs edilir. Lakin Bakının hərbi general qubernatoru olan Murad Geray Texlasın yardımıyla həbsdən qurtulub geri dönə bilir.

Rusiyanın güney bölgələrinin, Quzey Qafqazın sovetləşməsi üçün çalışan, Qaraçay Respublikasının yaradılmasında böyük əməyi olan, 1921-1923-cü illərdə bu respublikanın inqilab ko­mitəsinin sədri işləyən Ömər Əliyevin ictimai-siyasi işlərə başı qarışdığından bədii yaradıcılığa vaxt ayıra bilməsə də bu sa­hədə çalışanları istiqamətləndirmiş, milli kadrlar hazırla­nma­sına böyük qayğı göstərmişdir.

Müxtəlif rəhbər vəzifələrdə işləyən Ömər Əliyev, həmyer­li­ləri Kerim Mametbekov, Nana Tokov, Abdulkerim Xubuyevlə birlikdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir. Bu qurultay sanki onlara fəaliyyət proqramı vermiş, o, harada yaşamasından və hansı vəzifədə işlə­mə­sindən asılı ol­mayaraq həmişə xalqının sabahını düşün­müş­dür.

SSRI-də yaşayan türk xalqları üçün latın qrafikalı vahid əlif­banın yaradılmasında Ö. Əliyevin böyük xidmətləri olmuşdur. “Birlikdə-tirilik” dərslik-müntəxəbatını, “Qaraçay-balkar dili­nin qrammati­kası”, “Rusca-qaraçay-balkarca sözlük”, “Qara-çay-balkarca-rus­ca sözlük”, “Rusca-qaraçay-balkarca termino­loji sözlük” kitablarını nəşr etdirmiş, dövri mətbuatda da onlarla elmi-publisistik məqaləsi çap olunmuşdur.

Azərbaycanla və Azərbaycan aydınları ilə sıx əlaqədə olan Ömər Əliyev qaraçay-malkar ədəbiyyatının inkişafına, dilinin zənginləşməsinə güclü təsiri olan şəxsiyyətlərdəndir.

O, 1937-ci ilin iyunun 24-də Moskvada vəzifə başında həbs edilmiş və bir il sonra güllələnmişdir.

Ömər Əliyevin adına yalnız qəzet və jurnallarımızda deyil, həm də 1937-ci ildə həbs edilmiş, güllələnmış aydınlarımızın istintaq materiallarında rast gəlmək olur. Həmin sənədlərdən aydın olur ki, yüksək vəzifələrdə işləməsinə, kommunist parti­yasının üzvü olmasına baxmayaraq o da bir çox məsləkdaşları ilə birlikdə SSRI-dən ayrılmaqla Vahid Türk Tatar Dövlətinin yaradılması uğrunda çalışmışdır.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin