Folklor instituti


Uyğur folklorunun başqa janrları



Yüklə 4,03 Mb.
səhifə13/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   9   10   11   12   13   14   15   16   ...   211
1.6. Uyğur folklorunun başqa janrları
Uyğur folklorunda istər Azərbaycan, istərsə də başqa türk xalqlarının folklorundan fərqli janrlara rast gəlinmir. Mövzu baxımından da oxşarlıq çoxdur. Fərqlilik son yüzillərdə ya­ranan folklor nümunələrinin mövzusundadır. Onlarda da əski dönəmin folklor nümunələrinin izləri görünməkdədir.

Ona görə də uyğur folklorunun janrlarının hamısı haqqında söhbət açmağa ehtiyac duymadıq. 19-20-ci yüzillərdə sosial ədalətsizliyi, haqsızlığı, istismarı, müstəmləkəçiliyi kəskin tən­qid edən xalq şairlərinin şeirləri sürətlə yayılırdı. Seyid Noçi, Tümür Xəlpə və başqaları xalq arasında daha populyar olmuş­dur. Onlar çox vaxt SSRI-də baş verənlərin əsil mahiyyətini an­lamadan orada zülmə, haqsızlığa son qoyulduğunu, hamının bərabər yaşadığını düşünmüşlər. Seyid Noçinin “Dihkannin ahi” (Dehqanın-əkinçini ahı), “Cen kilayli xalayik” (Cəng edəli xalqım), “Lenin hikməti” (Lenin höküməti), “Şura biznin dos­tu­miz” (Sovet bizim dostumuz) kimi şeirləri dediklərimizə nümunə ola bilər.

Çin Milli Partiyası Qomindanın yeritdiyi siyasət əleyhinə xalqın qoşduğu mahnılar da geniş yayılmışdır. Xotənlilər ara­sında geniş yayılmış “Abdulrehman xan Qoca” dastanında da xalqın etirazı öz əksini tapmışdır. Bütün bunlar da yazılı ədə­biyyatın inkişafına güclü təsir göstərmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin