Folklor instituti


Azret Loğman ulu Örtenov (Örtenlanı)



Yüklə 4,03 Mb.
səhifə131/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   127   128   129   130   131   132   133   134   ...   211
Azret Loğman ulu Örtenov (Örtenlanı) (1907, Kuban quberniyasının Kart Curt kəndli-1937). Mədrəsə təhsili gör­müş, orada ərəb-fars dillərini, islamın əsaslarını öyrənmiş Azret 1924-cü ildə Dərbənddəki rus məktəbini bitirmişdir. Oradan Simferopola gedərək Kırım Tatar Pedaqoji Texnikumunda oxu­muşdur. Texnikumda oxuyarkən orada müəllim işləyən malkar şairi Said Şaxmurzayev və qaraçay şairi Xasan Bostanovla dost­laşmış və bu dostluğu ömrünün sonunadək davam etdirmişdir.

Kırımın qaynar mühiti, oradakı millətsevər və vətənpərvər adamlarla etdiyi söhbətlər, üzvü olduğu ədəbi-bədii dərnəkdə iştirakçısı olduğu mübahisələr yeniyetmə Azretin dünyagörü­şünün formalaşmasına güclü təkan vermişdir. Ilk şeirlərini də məhz orada yazdığından mövzunu Kırımdan, Bağçasaraydan almışdır. Sonralar da Kırım mövzusuna dönə-dönə müraciət etmişdir.

1926-cı ildə texnikumu bitirib geri dönən Azret doğulduğu kəndin adını özünə ləqəb götürmüşdür. Bir çox şeirlərini Azret Kartcurtlu imzası ilə çap etdirmiş, 1927-ci ildə isə “Yeni cırlar” kitabı işıq üzü görmüşdür. Məhsuldar yaradıcılıqla məşgul olan gənc şairin “Azadlıq qığılcımı” kitabı 1929-cu ildə, “Şeirlər və poemalar” kitabı isə 1934-cü ildə çap olunmuşdur.

Istedadlı şair və tərcüməçi, folklordan bacarıqla yararlana­raq qaraçay poeziyasını zənginləşdirmişdir. O, Oktyabr inqilabını tərən­nüm etmiş, Doğu poeziyasından ruhlanıb epik janrda xal­qının qəhrəmanlıqlarından yazmışdır. Axtarışlarda olan gənc şair cə­miy­yətdə gedən dəyişikliklərin ədəbiyyatda da baş verməsini is­­təmiş, yeni janr axtarışlarına təşəbbüs göstərmiş, Mayakovski­nin təsirilə sərbəst şeirlər yazmışdır. A.S.Puşkindən tərcümələr etmiş, tanınmış osetin dramçısı D.Kusovun əsərlərini ana dilinə çevirmişdir.

“Oxu!“, “Bay və batrak“, “Safiyat“, “Əfəndi və ölüm“ poe­ma­larını yazan şair Sovet hökumətinin tərənnümçüsü kimi ta­nınsa da, 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs edilmişdir.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin