Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə132/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   128   129   130   131   132   133   134   135   ...   211
Xasan Appayev (Appalanı) (1904, Indiki Kuban quberni­ya­sının Kart Curt kəndi - 1938). Kəndli ailəsində doğulan Xa­san Sov.IKP Qaraçay-Çərkəz vilayət partiya komitəsinin katibi vəzifəsinədək yüksəlmişdir. Ixtisasca mühəndis olan, Novoçer­kassk Politexnik Institutunu bitirən Xasan Appayev “Tavlu carlıla” qəzetində ardıcıl ictimai-siyasi məzmunlu məqalələr yazmaqla yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur.

Qaraçay-malkarlarda ilk çoxcildlik roman müəllifi kimi tanınan Xasan Appayev “Qara sandıq” əsərində xalqının ço­xillik tarixini bədii dillə təsvir etməyə çalışmışdır. O, realist nəsr nümunəsi yaratmaq istəsə də romanında xalqının folklo­rundan geniş bəhrələnməsi əsərə marağı daha da artırmışdır. 1937-ci ildə xalq düşməni adı ilə həbs olunması “Qara sandıq” romanının nəşrini dayandırmış və əsərin son cildinin məhv edilməsinə səbəb olmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin